- Cümə axşamı
İyun 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İran İsrailin təhdidinə cavab verdi

2019/03/14, 04:11


İran İsrailin təhdidinə cavab verdi

İran müdafiə naziri Əmir Xatəmi İsrail donanmasının İranın neft daşımasına müdaxilə edəcəyi halda, bunu "piratlıq" sayaraq, sərt qarşılıq verəcəklərini açıqlayıb.

Həqiqət QHT (Truth NGO) - Müdafiə naziri Xatəmi bu barədə İran rəsmi agentliyi "IRNA"ya müsahibəsində danışıb. 
Xatəmi bu haqda İsrail rejiminin Baş naziri Benyamin Netanyahunun "İsrail donanmasının İranın neft qaçaqmalçılığına qarşı hərəkətə keçəcəyi" istiqamətindəki təhdidinə cavab verərkən danışıb. 
Eastnews-un verdiyi xəbərə görə, Tehranın İsrailin hər hansı müdaxiləsinin qarşısında dayanacaq gücdə olduğunu qeyd edən Xatəmi beynəlxalq ictimaiyyətin də bunu qəbul etməyəcəyini deyib. 
Xatırladaq ki, Netanyahu İranın ABŞ-ın sanksiyalarını dənizdən "neft qaçaqmalçılığı" ilə aşmağa çalışdığını iddia edərək, "İsrail donanması bu cəhdlərin artacağı halda, İranın hərəkətlərini əngəlləmək səylərində daha əhəmiyyətli rola malik olacaq", - sözlərini işlətmişdi. 

Tag və ya açar söz

İran، İranın qüdrəti، İsrail، Netanyahu،İsrail-İran

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter