- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İnsanlığın öldüyü yer; Yəmən

2019/03/13, 15:06


İnsanlığın öldüyü yer; Yəmən

Ərəbistanın Yəmənə olan son hücumlarında əsasən qadın və uşaq olan 20 mülki şəhid edilib. BMT və dünya ictimaiyyəti bu vəhşiliyə göz yumur.

Həqiqət QHT (Truth NGO) - Səudiyyə koalisiyasının Yəmənə olan son hücumlarında 20 qadın və uşaq qırğın edilib. Ərəbistan qırıcıları Yəmənin Həccə vilayətində, Təllan və Kuşər məntəqəsində 5 evi 30 raket mərmisi ilə hədəfə alıblar. Sonra da dağıntılar altında qalan və hələ həyatda olan yaralıları xilas etmək istəyən təcili yardım maşınlarının hadisə yerinə yaxınlaşmasına icazə verməyiblər.
Yəmən vətəndaşı: “Onlar bizim evi də hədəfə aldılar. Amma, biz xəsarət almadıq. Amma, az sonra süd almaq üçün evdən çıxdığım zaman düşmən qırıcıları yenidən bizim məhəlləmizi hədəfə aldılar. Evdə olan uşaqlarımın bir neçəsi bu hücumda həlak oldu. Ümidvaram Allah onları şəhid məqamı ilə qəbul etsin.”
Yəmənin insan haqları nazirinin müavini “Bu, təcavüzkarların ilk cinayəti deyil. Onlar indiyə kimi çox cinayət törədiblər. Buna görə onlar mühakimə olunmalıdırlar. İnsan Haqları Nazirliyi yerli və beynəlxalq instansiyalara təqdim etmək üçün bütün cinayətlərə dair hesabat hazırlayıb.”
Yəmənin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, təcili yardım maşınlarının yaralı olan 9 qadın və uşağı xəstəxanaya çatdırmaq istədiklərini amma, təcili yardım maşınlarından birinin raket ilə vurularaq, məhv edildiyini bildirib. Ərəbistan qırıcıları həmçinin, bir əkinçi ailəsini də yaşadığı evdə hədəfə alaraq, bütün ailə üzvlərini şəhid ediblər. Yəmənin Səhiyyə Nazirliyi bu cinayətlərə görə BMT-nin məsuliyyət daşıdığını bildirib.
Yəmən vətəndaşı: “Ərəbistan qırıcıları kənd sakinlərindən olan bir qrup qadının bir evə toplaşmalarının ardınca, həmin evi hədəfə aldılar.”
Yəmənli hüquq müdafiəçisi: “Beynəlxalq dairələr xüsusilə BMT və onun nəzdinidə fəaliyyət göstərən təşkilatlar Yəmən müharibəsinin durdurulmasında ciddi deyillər. Onlar, beynəlxalq qanunlara və insan haqlarına əhəmiyyət vermirlər. Beynəlxalq qanunlar tərəfindən qorunan qadınlar, uşaqlar, mülki əhali və sivil infrastrukturlara qarşı hücumlara laqeyd yanaşırlar.”
 Ötən həftə Koşər, Əl-Əbisə və ətrafdakı digər məntəqələrin Yəmən ordusu tərəfindən azad edilməsi və Ərəbistanın himayəsində olan muzdlu qüvvələrin komandanı Əbu Müslüm Zəkərinin öldürülməsinin ardınca Səudiyyə koalisiyası bu məntəqə sakinlərini amansızcasına öz hücumlarının hədəfinə çevirib.

Tag və ya açar söz

Yəmən، Səudiyyənin təcavüzü، ABŞ ، Müharibə cinayətləri، Bəşəriyyətə qarşı cinayət، Səudiyyə Ərəbist

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter