- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ayətullah Xamenei Qasim Süleymaniyə İran hərbi qüvvələri tarixinin ən ali ordenini verdi

2019/03/12, 15:59


Ayətullah Xamenei Qasim Süleymaniyə İran hərbi qüvvələri tarixinin ən ali ordenini verdi

İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds qoşunlarının komandanı general-mayor Qasem Süleymaninin "Zülfüqar" ordeni ilə təltif edilməsi mərasimində deyiblər ki, Allah yolundakı mübarizələr bu şeylərlə dəyişiləsi və əvəzolunası deyildir.

Həqiqət QHT (Truth NGO) - İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Allah yolundakı mübarizənin qarşısında duran şey və Allah-Taalanın, Allahın yolunda can və malı əli üstündə tutub, təqdim etməyin qarşısında qərar verdiyi şey, beheştdir, Allahın razılığıdır.
Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Bizim ixtiyarımızda olan şeylər- istər dilimizlə etdiyimiz təşəkkür, istər əməlimizlə etdiyimiz təşəkkür, istər ordenimiz, istər verdiyimiz rütbə-bunlar dünya və maddi hesablamalar əsasında qeyd oluna bilər, amma mənəvi və ilahi hesablamalara əsasən, bunlar zikrolunası deyildir. Əlhəmdulillah, sizlərin hamınız bu mübarizələri etmisiniz, səy göstərmisiniz.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Əlhəmdulillah, Allah-Taala bu çox əziz qardaşımıza- cənab Süleymaniyə də uğur verib; O, dəfələrlə, dəfələrlə, dəfələrlə öz həyatını düşmənin hücumları qarşısında qoyub, Allahın yolunda, Allah üçün və Allaha sədaqətlə mübarizə aparıbdır. İnşaallah, Allah-Taala ona əcr versin, lütf eləsin və onun həyatını səadətli, aqibətini də şəhadətlə qərar versin. Əlbəttə, indi yox. Hələ uzun illər İslam Respublikasının onunla görəcəyi işlər var. Amma nəhayət sonda inşaallah, şəhadət olmuş olsun. İnşaallah, sizə mübarək olsun.
İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds qoşunlarının komandanı general-mayor Qasem Süleymani İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei tərəfindən "Zülfüqar" ordeni ilə təltif olunmaq iftxarına nail olubdur.

Tag və ya açar söz

İran، Qasim Süleymani، Xamenei،Qasim Süleymani

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter