- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Amerikanın yeni hoqqası ifşa olunub: ABŞ İŞİD-çilərə pasport verilir

2019/03/12, 04:01


Amerikanın yeni hoqqası ifşa olunub: ABŞ İŞİD-çilərə pasport verilir

Birləşmiş Ştatların yaratdığı və bu gün kimi dəstəklədiyi İŞİD terror təşkilatı ilə bağlı yeni hiyləsi ortaya çıxıb.

Həqiqət QHT (Truth NGO) - Nəşrin yazdığına əsasən, bu günə qədər PKK-ya aid düşərgələrdə təxminən 2 min İŞİD-çi Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları tərəfindən dindirilib. MKİ ilə əməkdaşlığa razılıq verən terrorçulardan 140 nəfərinə saxta pasport verilib. Terrorçular yeni ad, kimlik və pasportla ABŞ-ın yeni gizli planlarını icra etmək üçün İraq vasitəsilə bölgədən çıxarılıb.
FaktXəbər-in verdiyinə görə, MKİ Deyr-əz-Zorun Kəsra, Biseyra, əl-Ömər və Suvar bölgələrini hərbi zona elan edib. Həmin bölgədə sorğu məntəqələri quran MKİ 2 min İŞİD-çinin istintaqını həyata keçirib. MKİ tərəfindən yaradılan sorğu məntəqələrində İsrail, Fransa və İngiltərədən olan kəşfiyyatçılar da fəaliyyət göstərir.
Xatırladaq ki. İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ himayəsi altında hərəkət etməsi ortaya çıxıb. Əl-Bağdadinin ABŞ zirehli maşının çəkilən fotoları sosial şəbəkələrdə dərc olunub. Baqhuzdakı hücumlardan qaçan İŞİD-çilər də həmin şəkilləri təsdiqləyib.

Tag və ya açar söz

ABŞ، İŞİD، terrorçularla əməkdaşlıq، İraq، Suriya

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter