- Şənbə
Avqust 22, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Akif Nağı: ''Güney Azərbaycan'' ideyası SSRİ KQB-sinə məxsusdu və ''Böyük Ermənistan'' ideyası da ermənilərə məxsus deyil

2019/03/11, 16:15


Akif Nağı: ''Güney Azərbaycan'' ideyası SSRİ KQB-sinə məxsusdu və ''Böyük Ermənistan'' ideyası da ermənilərə məxsus deyil

Ermənilərin Qarabağa olan yersiz iddialarını bəhanə edərək anti İran təbliğatına rəvac verənlərə qarşı çixan QAT sədri, Akif Nağı haqqsız ittihamlar ilə üzləşib. Akif Nağı ittihamlar və tənqidrin müqabilində "QARABAĞ" məsələsinə dair təhlili məqalə dərc edib.

Həqiqət QHT (Truth NGO) - QAT sədri "QARABAĞ" məsələsinə dair təhlili məqaləsində vurğulayıb: "Son hadislər bir məsələni də ortaya gətirdi ki, bütün dünyada Qarabağın azadlığına çalışan azərbaycanlılar bu işi yaşadıqları ölkələrin hakimiyyətinə arxalanaraq həyata keçirməlidirlər. Azərbaycanlı hansı ölkədə yaşayırsa , o ölkənin vətəndaşı kimi fəaliyyət göstərməli , o ölkəyə inteqrasiya etməli , o ölkənin güclənməsinə çalışmalıdır . Gürcüstanda erməni qatilinə qoyulan abidəyə qarşı çıxan soydaşlarımız gürcü xalqı ilə birlikdə hərəkət etdilər ,keçirdikləri mitinqdə gürcülər də iştirak və çıxış etdılər , hakim gürcü partiyasının azərbaycanlı və gürcü deputatları erməni abidəsinə qarşı birlikdə bəyanat verdilər."
Arannews-un verdiyi məlumata görə, Akif Nağı əlavə edib: "Hesab edirəm ki, düzgün tendensiyadı və digər ölkələr üçün də örnək ola bilər. Bunu artıq bəzi Avropa ölkələrində də müşahidə etmək olar. Soydaşlarımız orada artıq sürücülük , alver , yükdaşiyan kimi işlərlə kifayətlənmir , sürətlə yaşadıqları ölkələrin həyatına inteqrasiya edir , özləri , övladları deputat , dövlət məmuru , hüquqşünas və sair olmağa çalışırlar. İranda da son hadislərlə bağlı soydaşlarımız İranı , öz ölkələrini sevən vətəndaşlar kimi hərəkət etdilər , həm erməni təxribatına qarşı aksiyalar keçirdilər , həm hakimiyyət orqanları ilə təmasa girib məsələyə aydınlıq gətirdilər . Bununla da İranla Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyənlərin niyyətlərini dəf etmək üçün töhfələrini verdilər." 
QAT sədri əlavə edib: "Biz xarici ölkələrdəki soydaşlarımıza həmin ölkə əhalisinin , həmin ölkələrin özünün bir üzvi hissəsi kimi baxmalıyıq. Onlar öz ölkələrinin inkişafı naminə çalışmalı , eyni zamanda Azərbaycanda və başqa ölkələrdə yaşayan soydaşları ilə mədəni-mənəvi-milli əlaqələri saxlamalıdır. Bu, dünya azərbaycanlılarının mədəni-mənəvi-milli birliyi deməkdir.  Soydaşlarımızın yaşadıqları ölkələrə , məsələn , İrana , Gürcüstana , Rusiyaya ərazi iddialarının irəli sürülməsi yanlış və zərərli ideyadır. Yanlışlıq ondan ibarətdir ki, başqa dövlətlərin ərazi bütovyyünə hər hansı ad altında qəsd dünya birliyi , beynəlxalq hüquq tərəfindən qəbul edilmir , həmçinin ciddi sübutlara , faktlara , arqumentlərə söykənmir. Zərərlidir ona görə ki, bizi əsas hədəflərimizdən yayındırır, qonşu ölkələrlə düşmən münasibətləri yaradır. Xeyli müddətdi təbliğ olunan "Bütöv Azərbaycan" ideyası həmin yanlış və zərərli ideyaların ümumiləşdirilmiş formasıdır. Bu ideyanı ortaya atanlar onun milli ideyaya çevriləcəyinə ümid edirdilər , amma elə olmadı , bu gün bu ideya çox az adam tərəfindən müdafiə olunur . Baxın , Qarabağ milli ideyası bütün dünyada azərbaycanlıları necə birləşdirir, "Bütöv Azərbaycan " ideyası ilə bağlı bunu müşahidə etmirik. Bu ideyanın tərəfdarları ilk vaxtlar dünya azərbaycanlılarını birləşdirmək məqsədlərini açıqlayırdılar , əslində bu ideya İranın ərazi bütövlüyünə qarşı yönəldi , "Bütöv Azərbaycan" deyəndə Azərbaycan respublikası ilə İranın şimal hissəsinin , azərbaycanlıların tarixən yaşadıqları ərazilərin birləşdirilməsini nəzərdə tutduqlarını göstərdilər. Bu təşəbbüs həm də bu cəhətinə görə milli ideya səviyyəsinə yüksələ bilmədi."
Akif Nağı daha sonra əlavə edib: "Cənubi Azərbaycan " və ya "Güney Azərbaycan " ideyasını heç kəsin adına yazmağa ehtiyac yoxdu,ideya SSRİ KQB- sinə məxsusdu və 1945-ci ildə İranın bir hissəsini SSRİ-yə birləşdirmək üçün irəli sürülmüşdü. O vaxt bu ideyanın həyata keçirilməsi yarımçıq qaldı. İkinci dəfə həmin ideya 1950-ci illərin sonunda Moskva tərəfindən ortaya atıldı , məqsəd həmin dövrdə ABŞ-a ciddi şəkildə yaxınlaşmış İran rəhbərliyinə təzyiq etmək idi. Bu ideya növbəti dəfə 1990-cı illərin əvvəlində İranı sevməyən bəzi dövlətlər tərəindən təzyiq vasitəsi kimi yenidən ortaya gətirildi. Bu ideya Azərbaycanın maraqlarına cavab vermir , müəyyən maraqlı mərkəzlər və dövlətlər tərəfindən İrana və Azərbaycana zərər yetirmək üçün dövriyyəyə buraxılıb. "Bütöv Azərbaycan " ideyası həm də "Böyük Ermənistan " ideyasından qaynaqlanır. Bir mənalı şəkildə aydındır ki, "Böyük Ermənistan" ideyası ermənilərə məxsus deyil və ermənilərə çox böyük ziyanlar gətirib. Bu ideya ermənilərə Osmanlı dövlətinin çökməsini istəyən dövlətlər, onların yaratdıqları mərkəzlər tərfindən sırınıb . Həmin qüvvələr bu ideyaları qəbul etmiş ermənilərdən Osmanlı dövlətini dağıtmaq üçün alət kimi istifadə ediblər. Həmin qüvvələr istəklərinə müəyyən qədər nail oldular ,ə li boşda qalan ermənilər oldu. 1913-cü ildə Türkiyədə ermənilərin sayı təxminən 1milyon 300 min idi. Bu o dövr uçün böyük rəqəm idi , əgər etdikləri xəyanətə görə az sonra oradan köçürülməsəydilər , yeni Türkiyənin ikinci ən böyük toplumu olar və bundan geniş şəkildə yararlana bilərdilər. Amma bu ideya onları məhv etdi , bu gün də məhv etməkdə davam edir. Azərbaycanlılara sırınmış eynı məzmunlu ideya da bizə yaxşı heç nə vəd etmir." 
Akif Nağı nəticə olaraq vurğulayıb: "Qarabağı bütün dünyadakı soydaşlarımızın birgə mübarizəsi ilə azad edib , Təbrizdə , Borçalıda , Dərbənddə - bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi-milli birliyinə nail olacağıq. Vəziyyətdən çıxış yolu Qarabağ Milli İdeyasında , bu ideyanın geniş təbliğindədir."

Tag və ya açar söz

Azərbaycan، İran، İranofobiya، Akif Nağı،Azərbaycan-İran əlaqələri،İslamofobiya،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter