- Cümə axşamı
İyun 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səudiyyənin Yəmənlə savaşında hər həftə 100 nəfər ölür və yaralanır

2019/03/11, 04:01


Səudiyyənin Yəmənlə savaşında hər həftə 100 nəfər ölür və yaralanır

BMT-nin yeni statistikasına əsasən, 2018-ci ildə səudiyyə-əmirliklər hücumlarında təqribən yüz yəmənli sivil ölüb və yaralanıb.

Həqiqət QHT (Truth NGO) - BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığı səudiyyə və əmirliklərin Yəmənə qarşı savaşının 2018-ci ildəki mülki qurbanlarının sayını təqribən beş min nəfər elan edibdir ki, onların üçdə birini uşaqlar təşkil edir. 
Bu rəqəmin təqribən yarısı Yəmənin qərbinə, bu ölkənin dördüncü iri şəhəri olan və 2018-ci ildə ərəbistanın hücumlarının əsas hədəfi olmuş Əlhudəydə liman şəhərinə aid olub.
BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığının rəsmisi- Volker Turk bu haqda belə deyib: Yəmən əhalisi gündəlik şəkildə zorakılığa məruz qalır və onların bir çoxu yaşamağı davam etdirmək üçün daimi qorxu və əzab içindədir.
BMT-nin son statistikası həmçinin göstərir ki, təqribən 14 milyon yəmənli qıtlıq təhlükəsi qarşısında.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səud rejimi və müttəfiqləri dörd il minləlrə sivili qırsa və Yəmənin infrastrukturlarını dağıtsalar da bu ölkə xalqının müqavimətinə görə, öz hədəflərinə çata bilməyiblər.
Deyilənlərə görə, ərəbistan koalisiyası Yəmən savaşında təkcə hava hücumları üçün təqribən 9 milyard 360 milyon dollar xərc çəkib. 

Tag və ya açar söz

Yəmən، Səudiyyənin təcavüzü، Yəmənə vəhhabi-sionist hücumu ، Müharibə cinayətləri، Bəşəriyyətə qarşı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter