- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

''Yeni Müsavat'' əxlaqsız Elçin Əlibəylinin İran səfirliyi qarşısındakı təknəfərlik şousunu ''aksiya'' kimi xalqa sırıyır

2019/03/10, 16:37


''Yeni Müsavat'' əxlaqsız Elçin Əlibəylinin İran səfirliyi qarşısındakı təknəfərlik şousunu ''aksiya'' kimi xalqa sırıyır

Geyləri və fahişələri televiziya ekranlarına çıxararaq onlara haqq qazandırmaqla məşhurlaşdıran əxlaqsız aparıcı Elçin Əlibəyli, özü Azərbaycan xalq mahnısı olan "Sarı Gəlini" erməni dilində oxuduğu halda, İran-Ermənistan münasibətləri şişirdərək sionistlərin Azərbaycanda dövriyyəyə buraxdıqlarıı iranofobiya fitnəsini alovlandırmağa cəhd edir.

Həqiqət QHT (Truth NGO) - Hadisələrin vurhavurunda, xəbərlərin gurhagurunda bir Bakı qəzeti camaatı çaşdırmaq üçün tək bir adamın cəhdini aksiya kimi təqdim edir, o boyda müxalifəti görməməzliyə vurur, Azərbaycanın maraqlarını da qonşularla əlaqələrini pozmaqda görür və yazır ki, “Space” telekanalının tanınmış teleaparıcısı Elçin Əlibəyli oğlu ilə birlikdə bazar günü, martın 3-də İran səfirliyinin qarşısında aksiya keçirib.
Özünü anti-İran mövqeli təqdim edib, İran-Azərbaycan Respublikası qardaşlığına zərbə vurmaq üçün kiçik qüsurları manşet etməkdə dəridən-qabıqdan çıxan "Yeni Müsavat" qəzeti bu dəfə azərbaycanlı nazirin Tehrana səfərinə və Azərbaycan Respublikası prezidentinin dediyi kimi; regionumuzun nəhəng layihələrindən olan Şimal-Cənub koridorunun bir hissəsinin açılışına əhəmiyyət vermədən tətil günü birisinin İran səfirliyi qarşısında tək qalıb, aksiya keçirməyə cəhd etməsini manşet edibdir ki, özünün gündəlik anti-qardaşlıq missiyası həvəsini qeyd etmiş olsun.
Maraqlıdır, qəzetin baş redaktorunun mənzillə təmin olunması və medalla təltif edilməsindən sonra gözlənilirdi ki, cib müxalifətindən çıxıb, hakimiyyət orqanı olubdursa, dövlətin xəttini tutacaq. Dövətdən isə gözlənilən bəllidir. Naziri Tehrana göndərib, təxribata əl atmaz. Bəlkə də birisi "Yeni Müsavat"a əmr edibdir ki, samanlıqda iynə axtarsın.
Bəlkə də qəzetin məsul şəxsləri pullarını daxili büdcədən alırlar, əmrlərini isə xaricdən.

Tag və ya açar söz

Azərbaycan، İran، İranofobiya،Azərbaycan-İran əlaqələri،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter