- Cümə axşamı
İyun 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İtaliyada qadınlara qarşı zorakılıq halları artmaqda davam edir

2019/03/11, 04:01


İtaliyada qadınlara qarşı zorakılıq halları artmaqda davam edir

İtaliyada qadınlara qarşı zorakılıq hallarının artması bu ölkənin ictimai dairələrində ciddi narahatlıq doğurub. Hüquq müdafiəçiləri artıq təhlükə siqnalı verməyə başlayıblar.

Həqiqət QHT (Truth NGO) - Qadınlar əleyhinə zorakılıqlar qarşısında sükuta “yox”. Bu, italiyada qadın hüquqlarını müdafiə edən cəmiyyətlərin şüarıdır. Onlar, ailə münaqişəsi zəminində qadınlar əleyhinə zorakılıqlar qarşısında sükut etməməyə çağırış edirlər. İtaliyan hüquq müdafiəçilərinin dediklərinə görə, hər il bu ölkədə qadınların təqribən 70%-i hazırkı və ya keçmiş həyat yoldaşı tərəfindən fiziki və cinsi zorakılıqlara məruz qalır.
İtaliyan qadın hüquqları müdafiəçisi: “İtaliyada qadınlara qarşı zorakılıq fenomeni artmaqda davam edir. Bizdə olan məlumatlara görə, İtaliyada qadınların çoxu ailə daxilində fiziki zorakılığa və cinsi təcavüzə məruz qalırlar. Amma, polisə şikayət etmirlər. Bu məsələ ailə strukturuna xüsusilə də uşaqlara mənfi təsir buraxır. Buna görə də, bu zorakılıqlar qarşısında sükut etməmək lazımdır.”
İtaliyanın Statistika Mərkəzinin bildirdiyinə görə, 2000-ci ildən bəri 3 mindən çox qadın ailə münaqişəsi zəminində qətlə yetirilib.
İtaliyan qadın hüquqları müdafiəçisi: “Çox acınacaqlı bir durum qarşısındayıq. Qadınlara qarşı zorakılıqlarla bağlı statistikalar ciddi narahatlıq doğurur. Artıq fiziki zorakılıqlar və ruhi təzyiqlər adi hala çevrilib. Bəzən də bu zorakılıqlar qadınların ölümü ilə nəticələnir. Ötən il İtaliyada 114 qadın ərləri və ya keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilib.”
İtaliyada qadınlara qarşı zorakılıq hallarının artması ilə bağlı hüquq müdafiəçiləri tərəfindən edilən xəbərdarlıqlar hər gün daha da artır.

Tag və ya açar söz

İtaliya، qadınlar، zorakılıq، etiraz،Qadınlar və uşaqlar،qadınların hüquqları

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter