- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İtaliyalı qadınlar zorakılığa qarşı aksiya keçiriblər

2019/03/10, 15:03


İtaliyalı qadınlar zorakılığa qarşı aksiya keçiriblər

İtaliyada qadınlara qarşı zorakılıq hallarının artması bir daha minlərlə italiyan qadının küçələrə çıxmasına səbəb oldu.

Həqiqət QHT (Truth NGO) - İRİB-nin bildirdiyinə görə, 50 mindən çox italiyalı qadın 8 Mart ümumdünya qadınlar günü yürüşündə iştirak edərək, İtaliyada qadınların müxtəlif formalarda zorakılıqlara məruz qalmasına xüsusilə ailə mühitində və ya keçmiş həyat yoldaşları tərəfindən fiziki və cinsi zorakılıqlara məruz qalmalarına etiraz ediblər. 
Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq ilə mübarizə aparmaq üçün daha kəskin qanunların qəbul edilməsini istəyiblər. 
Statistik məlumatlara görə, İtaliyada hər üç gündə bir qadın ailə münaqişələri zəminində qətlə yetirilir. 
BMT-nin baş katibi dünyada qadın hüquqlarının müdafiəsi sahəsində daha artıq işlərin görülməsini istədi. 

Tag və ya açar söz

İtaliya، qadınlar، zorakılıq، etiraz،Qadınlar və uşaqlar،qadınların hüquqları

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter