- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ruhani: İran və Azərbaycan əlaqələri inkişaf etməkdədir

2019/03/10, 04:11


Ruhani: İran və Azərbaycan əlaqələri inkişaf etməkdədir

İran İslam Respublikası prezidenti: İran və Azərbaycan əlaqələri inkişaf etməkdədir və Tehran-Bakı əlaqələrinin daha artıq inkişaf etdirilməsi bir zərurətdir.

Həqiqət QHT (Truth NGO) - İRİB-nin bildirdiyinə görə, İran İslam Respublikası prezidenti  Həsən Ruhani Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə iki ölkə əlaqələrindəki inkişaf prosesindən razılıq edərək, dedi: İran İslam Respublikası rəsmilərinin siyasi iradəsi Azərbaycan Respublikası ilə əlaqələrin hərtərəfli formada və bütün sahələr üzrə daha artıq ink işaf etdirilməsidir.
İran İslam Respublikası prezidenti həmçinin dedi: İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə daim haqq və hüquqların qorunması əsasında sülh və sabitliyin təmin edilməsinə çalışırlar.
İran prezidenti daha sonra İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əlaqələrin geni şləndirilməsinin bir zərurət olduğuna təkid edərək, dedi: Regionda üçtərəfli və bir neçə tərəfli formada icra edilməsi mümkün olan müxtəlif layihələr mövcuddur.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu söylərək, dedi: Tehra - Bakı əlaqələrinin siyasi, iqtisadi, mədəni və ictimai zəminlərdə inkişaf etdirilməsi üçün hansısa maneə və ya çətinlik mövcud deyil.
Elmar Məmmədyarov həmçinin, Rəşt - Astara birgə dəmir yolu layihəsini regionun önəmli və strateji layihələrindən adlandırdı.

Tag və ya açar söz

Azərbaycan، İran، ،Azərbaycan-İran əlaqələri،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter