- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsveç İŞİD-ə qoşulan vətəndaşları üçün qapıları açdı

2019/03/08, 15:01


İsveç İŞİD-ə qoşulan vətəndaşları üçün qapıları açdı

İsveçin baş naziri Stefan Lövfen İŞİD terror təşkilatına qoşulan vətəndaşlarının ölkəyə dönə biləcəklərini açıqlayıb.

Həqiqət QHT (Truth NGO) - «Hökumət bu adamlara  qayıtmaları üçün heç bir yardım etməyəcək, ancaq öz imkanları ilə qayıdarlarsa, İsveç vətəndaşı olduqları üçün hüquqlarından istifadə etmiş olurlar», - deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, Suriyada qaçqın düşərgələrində olan 200-ə yaxın İŞİD terrorçusunun İsveçə qayıtması böyük müzakirələrə səbəb olmuşdu.
FaktXeber-in məlumatına görə, Lövfen İŞİD-ə qoşulanların vətəndaşlıqdan çıxarılmasının ölkə Konstitusiyasına zidd olduğunu bildirib. Bununla belə, onun sözlərinə görə, geri qayıdanlar hüquq mühafizə orqanları  tərəfindən yoxlamadan keçəcək, təqsirkarlar cəzalarını çəkəcək.

Tag və ya açar söz

İŞİD، terror، terrorçuluq، İsveç، terrorçuların himayə edilməsi،Terror،terrorizm

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter