- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İraqda həbsdə 1500-ə yaxın İŞİD-çi uşaq var

2019/03/08, 04:01


İraqda həbsdə 1500-ə yaxın İŞİD-çi uşaq var

İraq və Kürdüstan muxtar bölgəsinin həbsxanalarında İŞİD qruplaşması ilə əlaqələrdə şübhəli bilinən 1500-ə yaxın azyaşlı saxlanılır.

 Həqiqət QHT (Truth NGO) - Bu barədə “Human Rights Watch” insan haqları təşkilatı hesabat dərc edib.
Hesabata görə, “şübhəlilər” azyaşlı olmalarına rəğmən, mükakimə olunmadan həbs olunur və sistematik olaraq inşgəncələrə məruz qalır. Uşaqların döyülərək etirafla bağlı ifadəni imzalamağa vadar edildiyi bildirilir.
Nə İraq, nə də Kürdüstan rəsmiləri hesabatı şərh edib.
"İslaminSesi"-nin məlumatına görə, 53 səhifəlik sənədə əsasən, 2018-ci ilin sonuna olan göstəriciyə görə, İraqda azadlıqdan məhrum edilmiş İŞİD-lə əlaqələrdə şübhəli bilinən azyaşlılardan 185-i xarici ölkələrin vətəndaşlarıdır. Onlar terror ittihamları üzrə təqsirli bilinərək müxtəlif həbs cəzaları alıb.
“Belə çevik cəza tədbirlərini ədalət adlandırmaq olmaz. Bu ölçülər həmin uşaqların çoxunda mənəvi travma yaradacaq və gələcək həyatlarına mənfi təsir göstərəcək”, - HRW-un uşaq haqlarının müdafiə bölməsinin direktoru Co Beker bildirib.

Tag və ya açar söz

İraq ، İŞİD، terror، uşaqlar، ،terrorizm،Uşaqlar

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter