- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İŞİD-in avstriyalı təbliğatçı ''gözəlçələri''ni 15 il həbs cəzası gözləyir - Foto

2019/03/07, 16:36


İŞİD-in avstriyalı təbliğatçı ''gözəlçələri''ni 15 il həbs cəzası gözləyir - Foto

İŞİD terror qruplaşmasını şəkillərilə təbliğ edən iki avstriyalı qızı 15 il həbs cəzası gözləyir.

Həqiqət QHT (Truth NGO) - Onlar hələ yeniyetmə ikən, bir neçə il öncə Avstriyadan Suriyaya qaçıb İŞİD-ə qoşulublar. Gözəl və gülərüz rəfiqələr qara çadraya bürünərək "Allah yolunda" cihad etmək qərarına gəliblər. Qruplaşmanın liderləri öz fikirlərini təbliğ etmək üçün onların şəkillərini sosial şəbəkələrdə paylaşaraq, cavanlıq və gözəlliklərindən istifadə ediblər. 
MH4V6G13FK.jpg
İki gənc avstriyalı qız 2014-cü ilin aprel ayında Avstriyadan Suriyaya qaçdıqdan sonra terroru reklam edən modellərə çevriliblər.
 Hazırda vətənə qayıtdıqları surətdə onları 15 il həbs cəzası gözləyir. Onların övladları isə ya uşaq evinə, ya da qızların Avstriyada yaşayan qohumlarına veriləcək.
 Səmra və Səbinə deradikallaşma kursu keçməlidirlər ki, cəmiyyət üçün təhlükəli olub-olmadıqları aydın olsun.
İslaminSesi-nin  verdiyi xəbərə görə, bu haqda Avstriya deradikal təşkilatının rəhbəri Musa Əl-Həsən Diav (Moussa Al-Hassan Diaw) deyir.
RCNBF6FQPT.jpg
 Səmra Kesinoviç Suriyaya qaçmazdan öncə
Vyanadan qaçdıqları zaman Səmra Kesinoviçin 16, Səbinə Selimoviçin isə 15 yaşı vardı.
TBGXBF-CYN.jpg
Səbinə Selimoviç terror təşkilatına qoşulmadan öncə
Onların ikisi də Suriyada İŞİD-çilərlə ailə qurub, övlad sahibi olublar.
VR_3UFHP89.jpg
Qızların şəkilləri terror təbliğiatıyla məşğul olan saytlarda mütəmadi olaraq yerləşdirilirdi. Onlar əllərində silahla, döyüşçülərin əhatəsində şəkil çəkdirirdilər.
NBRLTDM_RW.jpg
Bir müddət Səmra və Səbinənin ölüm xəbərləri yayılmışdı, lakin sonradan KİV bu məlumatları təkzib etdi.
Qızları İŞİD-ə cəlb edən Bosniya əsilli İŞİD lideri, 35 yaşlı Əbu Teyma (Ebu Tejma) olub. Onun əsl adı Mirsad Öməroviçdir. Hazırda o, Avstriya həbsxanalarının birində 20 illik həbs cəzası çəkir. Əbu Teyma bütün Avropanı dolaşaraq, terror təşkilatı üçün böyük məbləğdə pul toplayıb və 160 nəfəri cəlb edə bilib.
Q2D4RKYX2_.jpg
 Qızların ikisi də 1990-cı illərdə Avstriyaya gələn bosniyalı qaçqınların övladlarıdır.
 Avstriyadan qaçdıqdan az sonra Səbinə Suriyadan fransız jurnallarından birinə müsahibə verərək, müharibə zonasındakı həyatından məmnun oluğunu və özünü azad hiss etdiyini bildirmişdi.
 Unutmayaq ki, heç bir şey günahsız insanların öldürülməsinə bəraət qazandıra bilməz. Xüsusən bunu Allahın adıyla bağlamaq böyük günahdır.

Tag və ya açar söz

işid، qadınlar، terrorçuluq،terrorizm،İŞİD

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter