- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İran rəsmisinin Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyi haqda fikirləri – Video

2019/03/07, 04:11


İran rəsmisinin Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyi haqda fikirləri – Video

İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyindən danışıb

Həqiqət QHT (Truth NGO) - “Bildiyim kimi ali lider Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyi bundan ibarət olub ki, biz həmişə Azərbaycanı müdafiə edəcəyik, necə ki keçmişdə müdafiə etmişik. Ali lider Azərbaycanı daima dəstəkləyib. Bundan sonra da bu siyasət Ali lider tərəfindən davam etdiriləcək.”
 Qafaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, bunu İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən deyib.
 İran rəsmisi mətbuat konfransı zamanı jurnalistlərə verdiyi açıqlamada Ermənistan baş nazirinin Tehran səfəri və İran rəhbərliyinin Azərbaycanla bağlı mövqeyinə toxunub və bildirib ki, Ali lider həmişə Azərbaycanı müdafiə edib.
 O, Azərbaycan-İran əlaqələrindəki dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkərək deyib:
 “İslam İnqilabının Ali lideri həmişə Azərbaycan dövləti və xalqının müdafiəçisi olub və indi də belədir.”
 “Son günlərdə Azərbaycan xalqını narahat edən vəziyyət baş verib. Mən qeyd etməliyəm ki, Azərbaycan regionda bizim üçün mühüm ölkədir. Bizim 15 qonşumuz var, bu ölkə onların ən vaciblərindəndir”, deyə o bildirib.
 Azərbaycan – İran əlaqələrində ixtilaf yaradan və məsələləri haşiyəyə salan istənilən hər bir addımın qəbuledilməz olduğunu deyən Ə.İ. Türkmən  vurğulayıb:
 “Son günlərdə deyilən bəzi şüarlar İran İslam Respublikasının mövqeyi deyil. İran İslam Respublikasının mövqeyi rəsmi tribunalardan bildirilir. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə etmişik”.

Tag və ya açar söz

Azərbaycan، İran، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، İranın mövqeyi،Azərbaycan-İran

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter