- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Romada sionizm əleyhinə iclas keçirilib

2019/03/07, 04:02


Romada sionizm əleyhinə iclas keçirilib

Birləşmiş Millətlər Təşkilatının keçmiş xüsusi məruzəçisi: Əhalini qırmaq və Qəzzəyə hücum, qəti şəkildə bəşəriyyətə qarşı cinayətdir və Amerikanın bu siyasətə dəstək verməsi təəssüf doğurur.

Həqiqət QHT (Truth NGO) - İtaliyanın paytaxtı Romada keçirilən anti-sionist konfransda Qüdsü işğal etmiş rejimin fələstinlilərə qarşı repressiya siyasətləri və cinayətlərinin davam etməsi pislənib. Bu konfrans İtaliyadakı anti-sionist fəalların, həmçinin bir qrup siyasi, mədəni və universitet şəxsiyyətinin iştirakı ilə keçirilib.
Riçard Falk- Birləşmiş Millətlər Təşkilatının keçmiş xüsusi məruzəçisi işğal olunmuş ərazilərdə insan haqları barədə belə deyib: Məncə, vəziyyət çox təəssüfləndirici və ciddidir. Biz sionist rejimin Fələstin xalqını yatırmasını pisləyirik.
Əhalini qırmaq və Qəzzəyə hücum, qəti şəkildə bəşəriyyətə qarşı cinayətdir və Amerikanın bu siyasətə dəstək verməsi təəssüf doğurur. Bütün dünya xalqları sionist rejimi beynəlxalq humanitar qanunlara hörmətlə yanaşmağa məcbur etməlidirlər.
“İnsan haqlarını müdafiə edən həkimlər” adlı bir italyan təşkilat bu konfransın təşkilatçılarından biri idi.
Alberto Barbieri- İnsan haqları müdafiəçisi, italyan psixiatr:
Fələstinin işğal olunması və sionist hərbçilərin zorakılıqları fələstinlilərin sağalmlıqları və psixikalarına da olduqca neqativ təsir göstəribdir. Hazırda fələstinlilərin sionistlərin zorakılıqları ucbatından keçirdikləri həyəcan və ruhi təzyiq Amerika və ya Avropa ilə müqayisədə dörd dəfə çoxdur.
Fələstinin işğal olunmuş qərb sahilində yerləşən Əlxəlil şəhərinin sakini olan iki fələstinli də bu konfransda iştirak edərək, bildiribdir ki, fələstinlilərin sionistlər tərəfindən şəhid edilmələri və onların əzab-əziyyətlərinin gündəlik bir gerçəkliyə çevrildiyi bir halda, Amerika və Avropa Qüdsü işğal etmiş rejimə dəstək verməyi davam etdirirlər.

Tag və ya açar söz

İsrail، Yəhudi، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، ،İsrail işğalı،İsrailin cinayətlə

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter