- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Təbrizin mədəniyyət və media fəallarının Ararat idman salonunda baş verən hadisəylə bağlı etiraz bəyanatı

2019/03/06, 15:10


Təbrizin mədəniyyət və media fəallarının Ararat idman salonunda baş verən hadisəylə bağlı etiraz bəyanatı

Ermənistan baş nazirinin iştirakı ilə ermənilərin toplaşdığı Ararat idman salonundakı son hərəkət İran İslam Respublikasının rəsmi siyasəti və mövqei ilə təzad daşıyır və bu hərəkət Təbrizin ictimai fəallarının etirazına səbəb olmuşdur.

Həqiqət QHT (Truth NGO) - Təbrizin mədəniyyət, incəsənət və media sahələrinin 60 nəfər əməkdaşı bəyanat imzalayaraq Ararat idman salonunda baş verən hadisəni İran İslam Respublikasının rəsmi siyasəti və mövqei, habelə Ali Məqamlı Rəhbərin göstərişləri ilə təzad daşıdığını vurğulayıb və bu hərəkəti pisləyiblər.
Arannews-un verdiyi məlumata görə, Bəyanatı imza edənlər bu xoşagəlməz hərəkətin səbəbkarları ilə qanun əsasında rəftar edilməsini tələb ediblər və işğal edilmiş Qarabağın İslam ümmətinə və Azərbaycan Respublikasına aid olduğuna təkid ediblər.

Bəyanatda deyilir:
Cənab doktor Zərif!
Hörmətli xarici işlər naziri
Ermənistan baş nazirinin iştirakı ilə ermənilərin Ararat idman salonundakı son hərəkəti İran İslam Respublikasının rəsmi siyasəti və mövqei ilə açıq-aşkar təzad daşıyır, xüsusilə də Ali Məqamlı Rəhbərin göstərişlərinə tamamilə ziddir. Ona görə də biz Təbrizin mədəniyyət, incəsənət və media fəalları bu əsassız hərəkəti bərk pisləməklə yanaşı, hadisənin səbəbkarlarına cinayət işinin açılmasını tələb edirik.
Bir daha Qarabağın İslam və şiə aləminin bir hissəsi kimi Azərbaycan Respublikasına aid olduğuna təkid edirik.
Adil Muvəhhid, jurnalist
Əli Sultani, rejissor
Behbud Zarei, aktyor
Məhəmmədrza Ənzabi, tarix layihəçisi
Mehdi Kazimzadə, jurnalist
Tahir Xeyri, jurnalist
Cəfər Purrəzəvi, şair
Şükranə Alim, şair
Kave Sidq Ruhi, jurnalist,
Məhəmməd Ənvəri, hövzə və universitet müəllimi
Məhəmmədrza Əli Əşrəfi, jurnalist
Nəvid Nasir, rejissor
Aydın Təbrizi, fotoqraf
Seyid Murtəza Murtəzəvi, jurnalist
Murtəza Şəfii, Təbriz Əyaləti Mətbuat Evinin müdiri
Röya Salmani, jurnalist
Səid İrəlu, jurnalist
Milad Əmirvəfa, jurnalist
Əli Xeyirxah, rejissor
Qulaməli Seyfi, jurnalist
Həmid Şirazi, jurnalist
Vəhid Rzazadə, aparıcı
Ruhullah Rəşidi, yazıçı və rejissor
Fərhad Bağşimal, yumorist
Mehrdad Xoşkar, jurnalist
Cavad Ağacannejad, jurnalist
Möhsin Zəvvar, jurnalist
Əli Süleymaniyan, dizayner
Qəmər Talibi, jurnalist
Seyid Həmid Musəviyan, fotoqraf
Əli Fərhad, jurnalist
Şahin Bədr Heydəri, jurnalist
Vəhid Xoşzər, jurnalist
Babək Məhəmmədzadə Ələmdari, jurnalist
Əmir Bədri, ictimai fəal
Nəqi Fərşbaf, jurnalist
Hamid Xosrovşahi, jurnalist
Rza Mənsuri, jurnalist
Qurbanəli Tahirfər, kinorejissor
Məhəmməd Söhrabi, jurnalist
Əhməd Muradpur, jurnalist
Seyid Hadi Şatir Musəvi, jurnalist
Hüseyn İqbali, dizayner
Sasan Nikrəftar, jurnalist
Əsəd Fəllah, jurnalist
Hadi Nəqiyan, teatr rejissoru
Məhəmməd Əmin Həmzəban, dizayner
Məhəmməd Əsğəri, ictimai fəal
Əli Süleymani, jurnalist
Puya Xoşpeyman, jurnalist
Davud Huşəng, şair və aparıcı
Fərid İslami, fotoqraf
Hüseyn Vəhid Rzayi, rejissor
Davud Nəcəfi, xəttat
Mehdi Kiyani, jurnalist
Mehdi İbrahimpur, yazıçı
Əhəd Yegani, müxbir
Fərhad Rəhim Qaraməkli, karikaturçu
Əli Ağayari, jurnalist
Mehdi Şirazifər, jurnalist
Əhməd Həsənnejad, jurnalist
Sirus Mustəfəvi, yazıçı və teatr rejissoru

Tag və ya açar söz

Azərbaycan، İran، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، İranın mövqeyi، Azərbaycan-İran

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter