- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrailsevər azərbaycanlıların ''strateji müttəfiqi'' Netanyahu Azərbaycana Əfqanıstan dedi

2019/03/06, 04:01


İsrailsevər azərbaycanlıların ''strateji müttəfiqi'' Netanyahu Azərbaycana Əfqanıstan dedi

İsrail rejimi Baş naziri Benyamin Netanyahu başçılıq etdiyi "Likud" partiyasının toplantısında rəhbərlik etdiyi dövrdə İsrailin əldə etdiyi diplomatik nailiyyətlərdən danışıb.

Həqiqət QHT (Truth NGO) - Benyamin Netanyahu çıxışı zamanı "Azərbaycan" əvəzinə "Əfqanıstan" sözündən istifadə edib.   
Netanyahu çıxışı zamanı səfər etdiyi bir sıra ölkələrin adlarını sadalayıb. Onun Əfqanıstanın adını çəkməsi təəccübə səbəb olub, çünki İsraillə Əfqanıstan arasında diplomatik münasibətlər yoxdur.   
Eastnews.org-un verdiyi xəbərə görə, daha sonra rejim naziri məsələnin yanlış olduğu təsdiqlənib. Netanyahu özü Tvitter hesabında məsələ ilə bağlı açıqlama verib:   
"Mən bayaq Azərbaycanı nəzərdə tuturdum, amma kim bilir? Ola bilsin növbəti dəfə Əfqanıstana da səfər edim".   
Qeyd edək ki, bu, Netanyahunun ilk coğrafi səhvi deyil. Ötən ilin dekabrında o, xanımının Nikaraquda dövlət səfərində olduğunu demişdi, əslində isə Netanyahunun xanımı Gvatemalada idi. 

Tag və ya açar söz

Azərbaycan، İsrail، Netanyahu،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter