- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Paşinyanın İran səfərindən ''qeyrətə gələn'' fürsətcillər, 5 mühüm suala cavab verin!

2019/03/05, 16:06


Paşinyanın İran səfərindən ''qeyrətə gələn'' fürsətcillər, 5 mühüm suala cavab verin!

Bəs Azərbaycan nə üçün İranın düşməniylə dost olub?!...

Həqiqət QHT (Truth NGO) - Paşinyanın bu yaxınlarda İrana səfər etməsi yenə aranı qarışdırıb. Amma açığı bu səfəri fürsət bilib aranı qarışdıranlar da az deyil. Məlum olduğu kimi, erməni baş naziri İrana gedib və orada çıxış edərkən Xocalı, Qarabağ Ermənistana məxsusdur mövzusunda şüar filan yazaraq onun pişvazına çıxıblar. Bu hadisədən də dərhal sonra bizim Azərbaycanımızda "aləm bir-birinə dəyib.
İran-Ermənistan əlaqələri və İrana "məsləhət verənlər" 
İranın Ermənistanla əlaqələri məlumdur. Hər dəfə bu cür hadisə baş verəndə sensassiya olubmuş kimi yazırlar, pozurlar, münasibət bildirirlər. Qınayan kim, daş atan kim, təhqir edən kim, "məsləhət verən" kim. Ən çox diqqət çəkən məsələ isə İran böyüklərinə "verilən məsləhətlərdir". Təbii ki, bütün söz-söhbətlər yeni deyil, ən azından İranla Ermənistan münasibətlərinin yaşı qədər ömrü var. Amma hər dəfə müşahidə etdiyimiz "köhnə hamam, köhnə tas" odur ki, Ermənistan dövləti İranla bu cür münasibətlərdən sonra bir az da İrana yaxınlaşır, amma Azərbaycan uzaqlaşır. 
Məlumdur ki, Azərbaycan höküməti heç bir ölkənin daxili işlərinə qarışmır, bu dövlətin heç bir nümayəndəsi, hətta hökümətin heç bir rəsmisi çıxıb rəsmən bəyanat yayıb İran – Ermənistan münasibətlərini pisləmir. Həm bilir ki, İranın öz müstəqil siyasəti var, həm bilir ki, İran Amerika, Avropa kimi dövlətlərdən belə qorxmur, həm də bir mənada İranın yanında – belə demək mümkünsə - başı aşağıdır. Çünki arada sionist amili vardır. Qarşı tərəfdən haqlı olaraq deyilə bilər ki, bəs sən niyə bizim düşmənimiz olan sionistlərlə yaxşı keçinirsən?
Bütün dünyada "siyasətdə maraq var, dost yox" İrana çatanda...
Bütün dünyada "siyasətdə dost yoxdur, maraqlar var" tezisi müsbət qarşılandığı halda İrana növbə çatanda dünyanın oxu sanki tərsinə fırlanır. Bəzi ağzıgöyçəklər anlamalıdır ki, əgər İranı dini dövlət, islam dövləti kimi qəbul etmirsənsə, bütün günü bu dövləti min bir günahda suçlayırsan, rəhbərinə bir cür, qanununa başqa cür dil uzadırsansa o zaman birdəfəlik qəbul elə ki, İran da digər dünyəvi dövlətlər kimi öz maraqlarını güdür və etdiyi işlər təbiidir. Yox əgər dini dövlət kimi qəbul etdiyini iddia edirsən və dini dövlət olaraq ondan bəzi umacaqların varsa, buna da inanmaq olmur. Bilirsinizmi niyə? Çünki ömründə bircə dəfə də alnını səcdəyə qoymayan insanlar nə bilir dinin nəzəri nədir? Siz heç bir dəfə dini siyasətlə maraqlandınızmı? Axı bütün əti-qanı "din dövlətdən ayrıdır", "dini siyasətə qarışdırmayın" fitnələriylə yoğrulan insanlar nə bilsin ki, dini siyasət nədir? Bütün günü İslam dövləti olan İranı sionist "səfirliyinin" xoşuna gələsiniz deyə söyürsünüz, indi gəlib bu məqamda "əllaməlik" eşqinə düşmüsünüz? Siz nə bilirsiniz ki, dini siyasət, dini dövlət nədir?
Bəs Azərbaycan nə üçün İranın düşməniylə dost olub?
Bu yerdə İran rəsmiləri qayıdıb deyə bilərlər ki, əgər belədirsə bəs sən nə üçün sionist israil rejimi ilə can bir qəlb olmusan? Axı o da bizim (İranın) düşmənimizdir. Bu yerdə nə cavab verəcəksiniz. Heydər Əliyevə vaxtilə nisbət verilən bir fikir var, onu təkrarlayıb durmaq da fayda vermir. Güya o zamanlar Heydər Əliyev İranın belə bir sualı qarşısında deyib ki, israillilər sizin (İranın) torpaqlarınızı qəsb etməyib, amma ermənilər bizim torpaqlarımızı qəsb edib. Halbuki belə bir söz deyilibsə də ki, yenə Azərbaycanın siyasətinin yanlış olmasını göstərir. Çünki bu cümlələrdən belə anlaşılır ki, fələstinli uşaqlar ölür ölsün, vətənləri işğal edilir edilsin, bizə nə, təki biz sağ-salamat olaq. Bu humanizmdən uzaq bir şeydir. Amma bu cümlələr eyni zamanda İrana şöhrət gətirir. Çünki məlum olur ki, İran təkcə özünü deyil, həm də digər müsəlmanları düşünür. Digər müsəlmanların içində Azərbaycan müsəlmanlarını da düşünür ki, belə olan təqdirdə məlum olur ki, onun Ermənistanla münasibətləri Azərbaycanlıları qorumağa hesablanıb. İkincisi də ki, əgər hər bir dövlət birinci növbədə öz xalqını düşünməlidirsə və Heydər Əliyev də bu məsələyə işarə edibsə onda İran dövləti nə üçün öz xalqını düşünməsin. Axı məlumdur ki, İran dövləti bir sıra dövlətlərə sərf etdiyi kimi bir sıra dövlətlər də onu üçün sərfəlidir. Qırx ildir blokadada olan dövlət malını bazara çıxartmaq üçün, siyasi arenada güclənməsi üçün müəyyən dövlətlərlə münasibətdə olması, onlardan istifadə etməsi təbiidir. 
Erməni müğənnisi gəlir etiraz etmirik, erməni kilsələrinə pulsuz qaz veririk...
Digər tərəfdən Azərbaycanın istər hökümət olaraq, istərsə də camaat olaraq ermənilərlə düşmən olması demək olar bütün dünyada inandırıcı görünmür. Qardaş, erməni müğənnisi gəlib ölkəmizdə konsert verir, biz gedib iştirak edirik. Jurnalist ailəsi Ermənistandan qaçıb Azərbaycana sığınır, biz onun üçün mətbuat konfransı keçiririk. Ermənistandan gələn "qonaqları" az qalsın "Allah qonağıdır" deyib bağrımıza basırıq. Məmurumuz açıq-aşkar deyir ki, erməni kilsələrinə pulsuz qaz verir, biz isə bu məmuru tənqid edən ruhanini həbs edirik. Bütün bunlardan əlavə ağzıgöyçəklər nə üçün hakimiyyət adamları (Mehriban Əliyeva) "biz erməni xalqı ilə yenə oturub şərab içəcəyik" kimi sərsəmləmələr edəndə yazmırdılar, danışmırdılar. 
Erməni xalqı güya dostdur, amma höküməti düşmən
Bizim bəzi dairələr elə siyasət yürüdür ki, sanki erməni xalqı bizim xalqın dostudur və bizim düşmənçiliyimiz erməni hakimiyyətiylədir. Məsələn, tezliklə ermənilərlə oturub bir masa arxasında "vurmağı" arzu edən "siyasətçilərimiz" belə bəhanə gətirib deyir ki, bizim erməni xalqıyla işimiz yoxdur, dava hökümətiylədir. Həmçinin SOCAR-ın prezidenti deyir ki, bizim ermənilərlə davamız yoxdur, biz Gürcüstanda erməniləri pulsuz qaz veririk. Əslindəsə səhv fikirdir. Çünki etiraz etdiyimiz Paşinyan məhz erməni xalqının səyləri nəticəsində inqilab edib baş nazir oldu. Əgər xalqla davamız yoxdursa gərək xalqın inqilabçısı olan baş nazirlə də işimiz olmasın. Bu, bir, ikincisi əgər erməni xalqıyla işiniz, davanız yoxdursa onda İranda Paşinyanı qarşılayan, təxribat xarakterli yazını yazan ermənilərə niyə etiraz edirsiniz? Onu ki, iranlılar yazmayıb. Yox əgər həmin ermənilərə etiraz etmirsinizsə onda İran hökümətinin nə günahı var?
Yoxsa bütün çapalar sionist səfirliyindən nəsə qopartmaq məqsədi güdür?

Tag və ya açar söz

Azərbaycan، İran، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، İranın mövqeyi،Azərbaycan-İran

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter