- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılıb

2019/03/05, 09:57


Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılıb

Ərəb mediaları səudiyyəli tənqidçi Camal Qaşıqçının cəsədinin Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılmasından xəbər veriblər.

Həqiqət QHT (Truth NGO) - Bu məlumata görə, faktlar göstərir ki, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində mövcud olan bir qaz təndirində yandırılıbdır.
Deyilənlərə görə, Ərəbistanın baş konsulunun birbaşa sifarişi ilə bu konkret xüsusiyyətlərə malik təndiri düzəltmiş fəhlənin sözləri cinayətin miqyasını ifşa edibdir.
Belə bir halda, bundan öncə İstanbul polisi bildirmişdi ki, baş konsulun mənzilində qaz və odunla yanan iki təndir aşkar edilib və ehtimal olunur ki, Qaşıqçının cəsədi doğrandıqdan sonra təndirdə yandırılıbdır.
Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilibdir.
Türkiyənin kəşfiyyat təşkilatlarının dəyərləndirmələri ondan xəbər verir ki, Qaşıqçının qətlinə göstəriş verən şəxs, səudiyyənin yüksək vəzifəli rəsmilərindən biri və böyük ehtimala qarşı, səud vəliəhdi Muhəmməd bin Salmandır.

Tag və ya açar söz

Səudiyyə Ərəbistanı، Qaşıqçının qətli، Səudiyyənin cinayətləri،Səudiyyəli jurnalist Camal Kaşıkçının

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter