- Cümə
May 22, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

1982-ci il Səbra və Şətila soyqırımından 1992-ci il Xocalı soyqırımına qədər...

2019/03/04, 15:05


1982-ci il Səbra və Şətila soyqırımından 1992-ci il  Xocalı soyqırımına qədər...

1982-ci il 16 sentyabrda Sabra və Şatila əhalisi, 10 il sonra 1992-ci il 26 fevralda Xocalı əhalisi ən ağır faciənin şahidi oldu. Birinci hadisə qondarma “İsrail” rejimi, ikinci isə Ermənistan ordusu tərəfindən həyata keçirilib. Bu günlər Azərbaycan Respublikasında mərasimlər keçirərək ikinci cinayəti (Xocalı faciəsini) sübuta yetirmək və pisləmək üçün özünü Səbira və Şətila cinayətini törədən rejimin vətəndaşı adlandıranlardan istifadə olunur!

Həqiqət QHT (Truth NGO) - Bu günlər ağrılı Xocalı hadisəsinin ildönümü münasibətilə 1992-ci il 26 fevralda Azərbaycan Respublikası müsəlmanları və məzlum xalqına qarşı baş vermiş acı hadisəni pisləmək istiqamətində müxtəlif adlarla mərasimlər keçirilir. Bu faciə Ermənistan ordusunun Azərbaycanın Xocalı şəhərinə girərək dinc əhalini qətlam etməsi və şəhəri yerlə-yeksan etməsi ilə baş tutmuşdur.
Sözsüz ki, müdafiəsiz dinc əhalini qətlə yetirmək qəbul edilmiş beynəlxalq qanunlara əsasən, qeyri-insani bir həkərətdir və bu hərəkət cəzaya məhkumdur. Azərbaycan xalqı və dövləti də Qarabağ müharibəsində baş verən faciələri pisləmək üçün hər il mərasimlər keçirirlər. Hətta İran İslam Respublikası da Xocalı faciəsi mövzusunda mərasimlər keçirir və bu il Tehranda Xocalı ilə bağlı rəsm sərgisi təşkil olunmuşdu.
AranNews-un verdiyi məlumata görə, diqqəti çəkən məsələ budur ki, 25 fevralda Bakı Kitab Evində baş tutan rəsmi mərasimdə qəsbkar və uşaq qatili olan “İsrail” rejimi yazıçısının Ağrı (Pain) adlı romanının təqdimatı oldu. İsrailli ekspert Arye Qut və atası Əmir Qutun qələmə aldığı bu kitab Xocalı faciəsi barədədir. Sözügedən tədbirdə Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də iştirak edib və Xocalı faciəsini yəhudi və azərbaycanlı xalqlarının bağlılıq amili adlandırıb.İsrailli yazıçılar Xocalı faciəsi ilə həmdərd olduqları iddiasının yanında vətəndaşı olduğu qondarma rejimin 1982-ci il 16 sentyabrda Səbra və Şətilada Fələstin xalqı əleyhinə cinayətlərinə də gözlərini açsaydılar və o faciəni də pisləyəsəydilər, bu həmdərdliyi onların insansevərlik ruhiyyəsindən qaynaqlandığı kimi izah etmək olardı. 
Amma aydındır ki, qondarma İsrail rejiminin Azərbaycan Respublikasının iqtisadi, mədəni, siyasi və texnoloji sahələrinə nüfuz şəbəkəsi heç bir təlaşdan geri qalmır, (öz vəhşilik zat və mahiyyətinin əksinə olaraq) bu kimi faciələri pisləmək və həmdərlik bildirməklə Azərbaycan xalqı və dövlətinin etibarını qazanmaq istəyir.
Qeyd edək ki, sionist hərbçiləri və Livanın Falanej qüvvələri sionist rejimin sabiq müharibə naziri və sonralar Səbra və Şətila qəssabı kimi tanınan Ariel Şaronun göstərişi ilə 1982-ci il 16 sentyabr cümə axşamı Səbra və Şəatila düşərgəsinə hücum edərək onu mühasirəyə aldı və 18 sentyabr səhər vaxtına kimi öz cinayətlərini ən faciəli şəkildə davam etdirdilər. Bu qətlamda 3 mindən çox fələstinli və livanlı şəhid oldu.
Həmçinin 1992-ci il 26 fevralda Ermənistan ordusu Azərbaycanın Xocalı şəhərinə girərək dinc əhalini qətlə yetirdi və şəhəri yerlə-yeksan etdi. Xocalı soyqırımında 613 nəfər həlak olmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Əsir və girovlara dözülməz işgəcələr verilmişdir.
Sabra və Şatila cinayətində Qüdsü işğal etmiş rejim fələstinliləri qətliam etdi, Qarabağ müharibəsi və Xocalı soyqırımında Ermənistan ordusu bu məntəqənin məzlum müsəlmanlarını qanına qəltan etdi. Bunlar gizlədilməsi mümkün olmayan həqiqətlərdir və bugünkü müsəlman nəsillər üçün ibrət və onların vəhdət amili olmalıdır.
Azərbaycan dövləti sərgərdan, təsir qəbul edən balans siyasətindən əl götürərək, öz azad yazıçılarına arxalanaraq bu kimi cinayətləri ifşa etməli, azəri müsəlman və qeyrətli əsgərlərin himməti ilə Qarabağı Azərbaycanın ağuşuna qaytarmalıdır ki, yaxın gələcəkdə Xocalının küçələrində azan səsinin ucalmasını eşidək və Qarabağa həyat qayıtsın. İnşallah.

Tag və ya açar söz

Azərbaycan، İsrail، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، İsrail terroru، soyqırım، Xoc

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter