- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İŞİD Suriyadakı sonuncu sığınacağını da tərk edir

2019/03/04, 15:05


İŞİD Suriyadakı sonuncu sığınacağını da tərk edir

Qərb mediaları Suriya və İraqda İŞİD-in məğlub edilməsində ABŞ və müttəfiqlərinin təsirli rola malik olduğuna dair yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Əslində isə ABŞ sadəcə terrorçuları xilas etməklə məşğuldur.

Həqiqət QHT (Truth NGO) - Fərat çayının şərq sahilində yerləşən Bağus kəndində mühasirədə olan İŞİD terrorçuları və Suriya hökuməti arasında əldə olunmuş atəşkəs razılaşması əsasında ötən günlərdə 5 mindən çox adam bu məntəqədən çıxarılıb.
Bağus kəndini tərk etmiş İŞİD terrorçusu: “Vəziyyət acınacaqlıdır. Nə yemək var,  nə su, nə də dərman. Şərait dözülməzdir.”
Mühasirədə olan məntəqədən çıxarılanlar əsasən qadınlar və uşaqlar olsa da, aralarında artıq savaşmağa gücü olmayan bir qrup İŞİD terrorçusu da var.
Əslən Ərəbistanın Hail məntəqəsindən olan Sultan Şimr adlı İŞİD terrorçusu Bağusdakı durum haqda deyir: “Bağusda aclıq və mühasirədən başqa bir şey yoxdur.”
Bir başqa İŞİD terrorçusu deyir: “Adım Hüseyn Buxaridir. Ərəb dilini yaxşı bilmirəm.”
Bağus kəndini tərk edən bir başqa terrorçu isə Bosniyadan olduğunu deyir: “Bosniyadanam. Təqribən 6 ildir ki, burdayam.”
Terrorçular arasında Qazaxıstan vətəndaşı da var idi: “Ərəb dilini bilmirəm. Rus və Qazax dillərini bilirəm. Aadım Məhəmməd Mustafadır.”
Yerdə qalan İŞİD terrorçuları Bağus kəndi ilə Fərat çayının şərq sahili arasındakı 4 kvadrat kilometrlik ərazidə mühasirədədirlər.
“Bağusda qalanlar savaşmaq istəyənlərdirlər. Onlar ölmək istəyirlər.”
Məlumatlı mənbələrin bildirdiklərinə görə, atəşkəs anlaşmasına əsasən İraqda terror aktlarında iştirak etmiş İŞİD terrorçuları Bağdada təhvil veriliblər.
“500 nəfərlik bir qrupun təhvil verilməsindən söz gedir. Amma, əsasən İŞİD-in komandanlarından olan digərləri ABŞ tərəfindən İraqın Əl-Ənbar vilayətindəki Eynül Əsəd bazasına köçürülüblər. Bəziləri də qaçaqçıların köməyi ilə Türkiyəyə qaçıblar.”

Tag və ya açar söz

İŞİD، terror،ABŞ، Suriya، ،terrorçularla əməkdaşlıq،terrorizm

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter