- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Trampın tərəfdarları konqresin müsəlman qadın üzvünü təhqir ediblər

2019/03/04, 04:02


Trampın tərəfdarları konqresin müsəlman qadın üzvünü təhqir ediblər

ABŞ prezidenti Donald Trampın tərəfdarları cümə günü Qərbi Virciniya ştatı parlamentinin divarı üzərinə bir plakat quraşdırıblar. Bu plakatda konqresin müsəlman qadın üzvü İlhan Ömər bir terrorçu kimi təqdim olunubdur.

Həqiqət QHT (Truth NGO) - Plakatda demokrat partiyasından olan konqresin müsəlman qadın üzvü 2001-ci il on bir sentyabr hücumlarının terrorçularına bənzədilibdir.
Trampın tərəfdarlarının bu islamofob hərəkəti respublikaçılar partiyasının Qərbi Virciniya ştatı parlamentində keçirilən xüsusi mərasimində gərginliyin yaranmasına səbəb olub.
Bəzirləri bu plakatın həmin məkanda quraşdırılmasına etiraz ediblər. Bu zaman onlar ilə respublikaçılar partiyası və Trampın islamofob tərəfdarları arasında toqquşma baş verib. Nəticədə bir nəfər yaralanıb.
Bu macəranın və ondan sonrakı toqquşmanın ardınca Qərbi Virciniya ştatı parlamenti gözətçilərinin başçısı toqquşmalar zamanı anti-İslam ifadələr işlətməkdə ittiham olunduqdan sonra istefa veribdir.
Qərbi Virciniya ştatı parlamentinin demokrat üzvü Mayk Puşkin Trampın tərəfdarlarının bu hərəkətini pisləyərək, deyib ki, bu hərəkət islamofob bir hərəkət idi.

Tag və ya açar söz

ABŞ، İnsan haqları، Donald Tramp، islamofobiya،İslamofobiya

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter