- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İranlı general Mənsur Həqiqətpur: Ermənistanın amerikalı baş nazirinə soyuq pepsi açmamalıyıq ki, cürət tapmasın...

2019/03/03, 16:30


İranlı general Mənsur Həqiqətpur: Ermənistanın amerikalı baş nazirinə soyuq pepsi açmamalıyıq ki, cürət tapmasın...

İran İR Parlamenti sədrinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mənsur Həqiqətpur Ermənistan baş nazirinin İrana səfəri, Qarabağla bağlı bir sıra xoşagəlməz və təhrikedici addımlarının ardınca İran Xarici İşlər Nazirliyinə açıq məktub yazıb.

Məktubda deyilir:
Xarici İşlər Nazirliyindəki əziz dostlar
Bilirik ki, qonşu ölkələrlə münasibətləri genişləndirmək İran İslam Respublikasının öndə dayanan məsələlərindəndir və bu istiqamətdə təlaş edin, təlaşlarınız təqdirəlayiqdir.
Bu işdə bir ölkə ilə əməkdaşlığı genişləndirmək həmin sahədə bir sıra məsələlərə riayət etməklə yanaşı olmalıdır. Bəzən iki qonşu ölkə arasında qara münasibətlər mövcuddur. Ağıl hökm edir ki, biz münasibətlərimizi genişləndirdikdə xalqın rəyini də nəzərə alaq. Məsələn ermənilərin Qarabağı işğal etməsinə görə, Ermənistan və Azərbaycan ölkələri arasında qara münasibətlər mövcuddur. Digər tərəfdən də ağlın hökmünə əsasən, hər iki ölkə ilə milli maraqlar üzərində münasibətlərimizi genişləndirməliyik. Belə nəzər gəlir ki, Xarici İşlər Nazirliyində çalışan mütəxəssislər və əlhəmdulillah, siyasəti bacaranlar, bir qədər səliqəli olmalıdır. Əgər Amerikanın seçdiyi bir baş nazir (Paşinyan) İrana səfər edəcəksə, bu səfər nə üçün Xocalının məzlum əhalisinin qətliamı ildönümü günündə baş tutmalıdır? Halbuki, qətliamın ildönümü günü Azərbaycan Respublikası xalqı qara geyinmişdir və matəm içindədir. İl uzunu onun İrana səfəri üçün digər münasib bir gün yox idimi?!
Əlbəttə, vaqifik ki, ötən illərdə erməni lobbisi İran Xarici İşlər Nazirliyində çoxlu təxribatlar törətmişdi. Ermənilərin Xocalının məzlum əhalisinin qətliam etdiyi gün biz Ermənistanın amerikalı baş naziri üçün soyuq pepsi açmamalıyıq ki, o da Ararat idman salonunda ermənilərin qarşısında Qarabağın haqsız olaraq işğalını Ermənistanın haqqı adlandırmağa cürət etməsin və deməsin: Qarabağ Ermənistanın ərazisidir. Əlbəttə, bu yersiz iddiadır və sözsüz, Qarabağ İslam və Azərbaycanın torpağıdır və Azərbaycan müsəlmanlarının əli ilə azad olacaq.

Tag və ya açar söz

Azərbaycan، İran، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، İranın yardımı،Azərbaycan-İran

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter