- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Türkiyədə azərbaycanlı qadının ''fahişəlik şəbəkəsi'' çökdürüldü

2019/03/03, 15:06


Türkiyədə azərbaycanlı qadının ''fahişəlik şəbəkəsi'' çökdürüldü

Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkəyə qarşı əməliyyat keçirilib.

Həqiqət QHT (Truth NGO) - İHA agentliyi xəbər verir ki, əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardığı və daha sonra insan alverinin qurbanlarına çevirdiyi üzə çıxıb.
Məlumata görə, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə “dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gələndə “yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər.
Qeyd edək ki, fahişəliyə məcbur edilən 10 qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər. /Qafqazinfo/

Tag və ya açar söz

Azərbaycan، Türkiyə، fahişəlik، əxlaqsızlıq،Əxlaq pozğunluğu،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter