- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İnsan haqları təşkilatları ərəbistanlı fəalların mühakimə olunmalarını tənqid ediblər

2019/03/03, 15:04


İnsan haqları təşkilatları ərəbistanlı fəalların mühakimə olunmalarını tənqid ediblər

"Human Rights Watch" və Beynəlxalq Amnistiya Təşkilatı daxil olmaqla bir qrup beynəlxalq və insan haqları təşkilatı dünən ərəbsitanda insan haqlarının pozulmasından nigarançılıq edib.

Həqiqət QHT (Truth NGO) - Bu təşkilatlar ərəbistanın insan haqları fəallarını mühakimə etməsini pisləyiblər.
"Human Rights Watch" təşkilatının Yaxın Şərq bölməsinin müdir müavini Maykl Peyc bir bəyanatda bildirib: Ərriyad işgəncə ilə bağlı təhlükəli informasiyalar barədə təhqiqat sahəsində bir addım atmayıbdır.
Beynəlxalq Amnistiya Təşkilatı da ərəbistanda qadın hüquqları sahəsində öncül fəallar daxil olmaqla insan haqları fəallarının mühakiməsinin təhlükəli olması haqda xəbərdarlıq edib.
Səudiyyə rejimi insan haqları fəallarını ərəbistanın təhlükəsizliyini təhdidetmə kimi müxtəlif bəhanələrlə həbs və mühakimə edir ki, bu gediş son aylar ərzində kəskinləşibdir.
Beynəlxalq və insan haqları təşkilatları indiyədək dəfələrlə ərəbistanda söz azadlığının yatırılması, insan haqları fəallarının həbs və edam olunmalarını tənqid ediblər.
Bu təşkilatların etiraflarına görə, səud rejimi dünyada insan haqlarının əsas pozucularından biridir.
Ərəbistandakı siyasi məhbusların sayı otuz min nəfərə çatır. Bu rəqəm ali-səud diktatura rejiminin polis siyasətinin dərinliyindən xəbər verir.

Tag və ya açar söz

Səudiyyə Ərəbistanı، İnsan haqları،Səudiyyənin cinayətləri

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter