- Çərşənbə
May 27, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İran BMT-nin İnsan Haqları Şurasının siyasi fırıldaqçılığını tənqid etdi

2019/03/03, 15:01


İran BMT-nin İnsan Haqları Şurasının siyasi fırıldaqçılığını tənqid etdi

İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları qərargahı BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisinin saxtakarlıqlarına reaksiya olaraq bildirdi: Bu saxtakarlıqlar ikili standartlara və BMT-nin İnsan Haqları Şurasının siyasi fırıldaqçılığına dəlalət edir.

Həqiqət QHT (Truth NGO) - İRİB-nin bildirdiyinə görə, İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahı şənbə günü bir bəyanat yayaraq, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın yanlış açıqlamaları və reallığı əks etdirməyən iddialarını tənqid edərək, bildirdi: Cavid rəhmanın müxtəlif medialar, xüsusilə BBC-yə verdiyi ardıcıl müsahibələr BMT-nin məruzəçisi üçün təyin olunmuş çərçivədən kənar hərəkət hesab olunur.
Bu bəyanatın davamında İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçinin təyin edilməsinin heç bir qanuni və məntiqi izaha malik olmadığı bildirilib.
"Cavid Rəhman öz hesabatını uzaq başı BMT-yə təhvil vermək səlahiyyətinə malikdir, O, media və təbliğat alətinə çevrilmək haqqına malik deyil." deyə bəyanatda bildirilir.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahı Cavid Rəhmanın aşkar qanunsuzluqları və saxtakarlıqları haqda BMT-nin İnsan Haqları Ali Komissarlığına rəsmi etiraz edərək, bildirdi: Əgər İnsan Haqları Ali Komissarlığı Cavid rəhmanın qanunsuz rəftarlarını önləməzsə, İran bu məruzəçi ilə bağlı BMT-nin İnsan Haqları Şurası ilə əməkdaşlığını yenidən nəzərdən keçirəcək.

Tag və ya açar söz

BMT، İran، İnsan haqları، ikili standartlar،İkili standartlar

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter