- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Sionistlərin Netanyahunun korrupsiyası əleyhinə etiraz aksiyası

2019/03/03, 04:06


Sionistlərin Netanyahunun korrupsiyası əleyhinə etiraz aksiyası

Bri qrup sionist və Əmək Hərəkatının tərəfdarları cümə günü sionist rejimin baş prokurorluğunun bu rejimin baş naziri Benyamin Netanyahu əleyhinə ittihamnamə elan etməsinin ardınca aksiya keçirib.

Həqiqət QHT (Truth NGO) - Sionist rejim televiziyası bu rejimin baş prokurorluğuna istinadla bildirdi: Qarşıdan gələn günlər ərzində baş nazir Netanyahu rüşvət almaq, əmanətə xəyanət etmək və saxtakarlıqla bağlı üç cinayət işində təqsirli hesab eiləcək.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, sionistlər və Əmək Hərəkatının tərəfdarları tərəfindən keçirilən etiraz aksiyasında "Bu gün İsrail üçün qara gündür" və "Netanyahu rüsvayçılıq mənbəyidir və istefa verməlidir" şüarları səsləndirilib.
Netanyahunun müxaliflərinin etiraz aksiyasının ardınca sionist rejim polisi Qüds şəhərində Qəzzə prospektini bağlayıb və Netanyahunun ofisinin ətrafında təhlükəsizlik tədbirlərini artırıb.
Sionist rejimin baş naziri də bu hərəkətə reaksiya olaraq iddia edib ki, barəsində ittihamın elan olunacağına dair xəbərlərin yayılmasında məqsəd sağçıların hakimiyyətini devirmək və solçuları iqtidara gətirməkdir.
Netanyahu1000, 2000, 3000 və 40000 adlı cinayət işləri ilə bağlı ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu iddia edib.
Netanyahu ötən aylarda dəfələrlə qeyd olunan cinayət işləri ilə əlaqədar ifadə verməsi üçün istintaqa cəlb olunub. Sionist rejim başçıları arasında rüşvətxorluq, korrupsiya, əxlaqsızlıq və digər cinayət hallarının geniş yayılmasının ardınca bu rejimin bir çox yüksək səviyyəli rəsmiləri o cümlədən keçmiş prezident və baş naziri istefa verməyə məcbur olub.

Tag və ya açar söz

İsrail، Netanyahu، etiraz aksiyası، korrupsiya

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter