- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Sionist rejimin məhkəmə aparatı Netanyahuya qarşı cinayət işi açır

2019/03/03, 04:01


Sionist rejimin məhkəmə aparatı Netanyahuya qarşı cinayət işi açır

Sionist rejimin məhkəmə aparatı dünən axşam korrupsiyaya və rüşvətxorluğa görə, yaxın gələcəkdə bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işinin açılacağından xəbər verib.

Həqiqət QHT (Truth NGO) - Sionist rejim televiziyası dünən axşam bu rejimin baş prokurorluğuna istinadla bildirib ki, qarşıdakı bir neçə gün ərzində baş nazir Netanyahu üç işdə- rüşvətxorluqda, əmanətə xəyanətdə və saxtakarlıqda məhkum olunacaqdır.
Son aylarda Netanyahunun korrupsiya xəbəri daim sionist rejim medialarının xəbərlərinin başında qərar tapıbdır.
Sionist rejimin baş naziri azı on iki dəfə polis müstəntiqlərinə cavab verib. Qeyd olunan məhkəmə işlərindən əlavə, onun arvadının korrupsiya işi də gündəmdə durur.
Netanyahuya qarşı ən ağır məhkəmə işi, “3000” adlı işdir. Bu iş Almaniyadan üç ədəd sualtı qayığın satın alınması ilə bağlıdır. Qeyd olunur ki, Netanyahu bu alqı zamanı imzaladığı müqavilə qarşılığında yüz minlərlə dollar rüşvət alıbdır.

Tag və ya açar söz

İsrail، Netanyahu، cinayət işi، korrupsiya

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter