- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Azərbaycanlı İŞİD üzvü təslim oldu: ''Bu, mənim alın yazımdır'' - Foto/Video

2019/03/02, 15:48


Azərbaycanlı İŞİD üzvü təslim oldu: ''Bu, mənim alın yazımdır'' - Foto/Video

Suriyanın Deyr əz-Zor vilayətinin Bağuz qəsəbəsində mühasirədə olan İŞİD terrorçularının əksəriyyəti qadınlarla birgə kürd "Suriya Demokratik Qüvvələri"nə təslim olub.

Həqiqət QHT (Truth NGO) - Təslim olan İŞİD üzvləri içərisində Afrikadan, Avropadan və Asiyadan çox sayda şəxs var.   
Təslimolma prosesini çəkən suriyalı jurnalist Bədir Əhməd "Eastnews"-a verdiyi açıqlamasında təslim olanlar arasında əksəriyyəti qadınlardan ibarət olmaqla, azərbaycanlı şəxslərin də olduğunu bildirib.    
Eastnews-un verdiyi xəbərə görə, Bədir Əhməd adını açıqlamaqdan çəkinən azərbaycanlı İŞİD üzvünün fotolarını çəkib. Terrorçu rus dilində ərazidəki jurnalistlərə müsahibə verib.
TS1RN9DE51.jpg
Jurnalistin onun Suriyada neçə ildir olduğuna dair sualına, terrorçu "3-4 il olar", - deyə cavab verir. Jurnalist ona burada nə üçün olduğuna dair sual verdikdə isə, o, "Nə üçün? Niyə? Nəyə görə? deyil, Allahu Əkbər, bu, mənim alın yazımdır", - deyə cavab verir.   
Qeyd edək ki, dünən axşam saatlarından İŞİD-in Suriyadakı son dayaq nöqtəsi sayılan Bağuz qəsəbəsində təslim olmaqdan imtina edən terrorçularla SDQ qüvvələri arasında şiddətli döyüşlər başlayıb. 

Tag və ya açar söz

Suriya، İŞİD، azərbaycanlı، əsir،Suriya müharibəsi،terrorizm،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter