- Cümə axşamı
İyun 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

3-cü evliliyini yaşayan azərbaycanlı İŞİD-çi yeniyetmə başına gələnləri danışıb - Video

2019/03/02, 15:43


3-cü evliliyini yaşayan azərbaycanlı İŞİD-çi yeniyetmə başına gələnləri danışıb - Video

İŞİD terror təşkilatının Suriyadakı son dayaq nöqtəsi sayılan Deyr əz-Zorun Bağuz məntəqəsindən çox sayda İŞİD üzvü olan kişi və qadın uşaqları ilə birlikdə kürd "Suriya Demokratik Qüvvələri"nə təslim olub.

Həqiqət QHT (Truth NGO) - Təslim olan İŞİD üzvləri içərisində qadınların çoxluq təşkil etdiyi bildirilir. Bağuz ətrafından "Eastnews"-a xəbər verən suriyalı jurnalist Bədir Əhməd təslim olan şəxslər üçün açılmış yoldan çox sayda İŞİD üzvünün SDQ-nin nəzarət etdiyi hissəyə keçdiyini və onlar arasında çox sayda qadının olduğunu, qadınların isə müxtəlif millətlərə məxsusluğunu açıqlayıb.   
SDQ-nin mətbuat xidməti təslim olan azərbaycanlı İŞİD üzvü 18 yaşlı Aynadan müsahibə alıb. Azərbaycandan olduğunu açıqlayan Ayna, 2013-cü ildə Suriyaya gəldiklərini bildirib. 12 yaşında Suriyaya gəldiyini və ilk dəfə Hələbin Haritan rayonunda olduğunu söyləyən Ayna, orada qardaşını itirdikdən sonra Raqqaya gəldiyini və anasının məcburiyyəti əsasında evləndirildiyini açıqlayıb.   
Eastnews.org-un verdiyi xəbərə görə, ilk həyat yoldaşı Ömər ilə 4 ay yaşadığını və hamilə qaldığını sözlərinə əlavə edən azərbaycanlı qadın İŞİD üzvü, yenidən Huzeyfə adlı biri ilə evləndiyini və əvvəlki evlilikdə başına gələn hadisənin təkrarlandığını, bu həyat yoldaşını da itirdiyini bildirib.    
Hazırda 3-cü, sonuncu evliliyi yaşadığını qeyd edən Ayna, hazırkı həyat yoldaşının adının Həmzə olduğunu və ondan hamilə qaldığını diqqətə çatdırıb.   
Müxbirin İŞİD-in nəzarət etdiyi ərazilərdə  qadınların hansı formada davrandıqlarına dair suallarını da cavablayan Ayna, sonda Suriyaya gəldiyindən məmnun olduğunu söyləyib. 

Tag və ya açar söz

Suriya، İŞİD، qadınlar، əsir،Qadınlar və uşaqlar،qadınların hüquqları،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter