- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

BMT hərbi cinayətlərə görə, sionist qüvvələrin mühakiməsini istəyib

2019/03/01, 15:43


BMT hərbi cinayətlərə görə, sionist qüvvələrin mühakiməsini istəyib

Birləşmiş Millətlər Təşkilatı dünən Qəzzə zolağında keçirilən böyük qayıdış yürüşündə Fələstin xalqının öldürüldüyü və yaralandığını təsdiq edib və bəşəriyyətə zidd hərəkətləri və hərbi cinayətlərinə görə, sionist qüvvələrin cəzalandırılmalarını tələb edib.

Həqiqət QHT (Truth NGO) - BMT-nin İnsan Haqları Şurası dünənki hesabatında sionist rejimdən böyük qayıdış yürüşündə fələstinlilərin öldürülmələri və yaralanmaları amillərinin cəzalandırılmalarını istəyib. Hesabatda deyilir: Gizli məlumatlara görə, sionist komandanlar və bu rejim ordusunun bir qrup snayperi fələstinliləri qırğın ediblər ki, sionist rejim başçıları onları mühakimə etməlidirlər.
Hesabatda sonra deyilir ki, sionist rejimin xəfiyyə qüvvələri fələstinliləri qırır və onlar üçün çoxlu sayda əlil yaradırlar, halbuki fələstinlilərin toplantıları bu rejim üçün heç bir təhlükə yaratmır və bu hərəkət əslində Təl-Əvivə qarşı ədavətli hərəkətlər kimi qiymətləndirilə bilməz.
BMT-nin İnsan Haqları Şurasının hesabatı sionist rejimin baş naziri Benyamin Netanyahunu qəzəbləndirib.
Netanyahu bu hesabata cavab olaraq, BMT-nin İnsan Haqları Şurasını təfriqə salmaqda ittiham edib. Deyib ki, bu hesabat sionist rejimə qarşı kəskin nifrətdən mənşə alıbdır.
Bunun qarşılığında Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas bu hesabatı təsdiq edib və belə qeyd edib: Bu hesabat əlsində bizim “Sionist rejim qərb sahilində və Qəzzə zolağında Fələstin xalqına qarşı hərbi cinayət törədir” ifadəmizi təsdiqləyir.
Abbas əlavə edib: İndi yerinə düşərdi ki, Beynəlxalq Haaqa Məhkəməsi sionist rejimin hərbi cinayətləri barədə təhqiqat və araşdırma üçün təcili addımlar atmış olsun.
BMT qaynaqlarının böyük qayıdış yürüşündə ölənlərin sayını 189, yaralıların miqdarını isə 6100 nəfər elan etdikləri bir halda, fələstinli səhiyyə mənbələri bu şəxslərin sayını müvafiq olaraq, 240 və 25 min nəfərdən yuxarı hesab edirlər.
48-ci dövrü ötən həftə keçirilmiş böyük qayıdış yürüşləri 2018-ci il martın otuzundan bəri hər həftənin cümə günü ABŞ səfirliyinin Qüdsə köçürülməsinə və Qəzzənin mühasirəsinə etiraz olaraq Qəzzə sektorunun işğal olunmuş ərazilərlə sərhədi boyunca keçirilir.

Tag və ya açar söz

İsrail، Yəhudi، BMT، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، ،İsrail işğalı،İsrailin cin

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter