- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ-la İŞİD arasında yeni müqavilə: Qızıl qarşılığında təhlükəsiz təxliyə

2019/03/01, 04:11


ABŞ-la İŞİD arasında yeni müqavilə: Qızıl qarşılığında təhlükəsiz təxliyə

Suriyada çətin vəziyyətə düşən İŞİD üzvlərinə dəfələrlə yardım əli uzatdığı mətbuatda əks olunan ABŞ ordusunun İŞİD-lə yeni müqavilə bağladığı bildirilib.

Həqiqət QHT (Truth NGO) - Bu barədə Suriya Rəsmi Xəbər Agentliyi "SANA" yerli mənbələrə istinadən xəbər verib. 
Xəbərə görə, ABŞ və İŞİD qızıl qarşılığında Deyr əz-Zor şəhərində terrorçuların və komandirlərinin təhlükəsiz təxliyəsini nəzərdə tutan yeni müqavilə bağlayıb.   
Mənbələr, "ABŞ vertolyotları terrorçuların gizləndiyi Deyr əz-Zorun Bağouz yaşayış məntəqəsində saxlanılan qızıllarla birlikdə bazar günü gecə böyük miqdarda qızılı daşıdı", - deyiblər. 
Eastnews.org-un verdiyi xəbərə görə,  ABŞ indiyədək İŞİD-in 2015-2017-ci illər arasında Suriya və İraqda genişlənməsi zamanı ələ keçirdiyi qızılların təxminən 50 tonunu (12.3 milyard dollar dəyərində) Suriya xaricinə çıxarıb. 
Xatırladaq ki, Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) fevralın əvvəlində yaydığı hesabatda İŞİD-in Fəratın şərqində 40 ton qızılı olduğunu açıqlamışdı. Hesabatda İŞİD-in qızılları ABŞ-a verəcəyi halda, terrorçuların gizli bir yerə köçürülməsinin təmin ediləcəyi qeyd edilmişdi. 

Tag və ya açar söz

ABŞ، İŞİD، terrorçularla əməkdaşlıq، İraq، Suriya

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter