- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Blokada altındakı Yəməndə aclıq və dərman çatışmazlığının acı görüntüləri - Video

2019/02/27, 15:40


Blokada altındakı Yəməndə aclıq və dərman çatışmazlığının acı görüntüləri - Video

Yəməndə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hücumunda əsasən dinc sakinlər əziyyət çəkib. Səudiyyə liderliyində koalisiyanın hava hücumları nəticəsində çox sayda insan evsiz qalıb.

Həqiqət QHT (Truth NGO) - Hücumlar nəticəsində xəstəxanalar yarasız vəziyyətə düşüb. Ölkəyə gələn humanitar yardımların dinc sakinlərə çatdırılmasına maneələr törədilir.   
Eastnews.org-un verdiyi xəbərə görə, xəstəxanalarda müalicə alan xəstələr dərman və tibbi ləvazimat çatışmazlığında əziyyət çəkirlər. Haırda Səudiyyə blokadası və hücumları altında olan Yəmən xalqı aclıq və səfalət içində yaşayır.   
Yeni yayımlanan videogörüntülərdən birində qida çatışmazlığından əziyyət çəkən gənc qız Fatimənin atası qızının müalicəsi üçün lazım olan dərmanların yoxluğundan və Səudiyyə Ərəbistanı işğalından şikayətlənir.   
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökuməti idarə edən Yəmən Prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı atılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq krallıq rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi, bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səudiyyə koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500 mindən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səudiyyənin rəhbərlik etdiyi hərbi koalisiyaya, ölkədəki separatçı qüvvələrə, İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarına qarşı mübarizə aparır. 


Tag və ya açar söz

Yəmən، Səudiyyənin təcavüzü، Uşaqlar، aclıq، Bəşəriyyətə qarşı cinayət، Səudiyyə Ərəbistanı،Müharibə

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter