- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Yəməndə 1,2 milyon uşaq münaqişə zonalarında yaşayır

2019/02/27, 04:05


Yəməndə 1,2 milyon uşaq münaqişə zonalarında yaşayır

Yəməndəki münaqişələrin nəticələri getdikcə daha da ağırlaşır və bu şəraitdən ən çox əziyyət çəkən uşaqlardır.

Həqiqət QHT (Truth NGO) - Bu haqda BMT Uşaqlara yardım fondunun (UNİCEF) Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Qert Kappelare yazılı bəyanatında bildirib.
Onun sözlərinə görə, Yəməndə münaqişə zonasına daxil 31 regionda təxminən 1,2 milyon uşaq yaşayır.
"13 dekabr 2018-ci ildə Stokholm müqaviləsi imzalandıqdan bəri Yəmən uşaqları üçün xüsusi dəyişiklik baş verməyib. Yəməndə hər gün 8 uşaq ölür, yaxud yaralanır. Onların əksəriyyəti küçədə oynayarkən və ya məktəbə gedərkən həlak olur," - deyə o, qeyd edib.
İslaminSesi-nin İverdiyi xəbərə görə, b2019-cu ildə Yəməndə uşaqların artan ehtiyaclarının təmin olunması üçün beynəlxalq donorları 542 milyon dollar ayırmağa çağıran Kappelare münaqişənin bütün tərəflərini zorakılığa son qoymağa səsləyib.
Xatırladaq ki, Yəməndəki humanitar böhranla əlaqədar BMT sabah Cenevrədə humanitar yardımla bağlı beynəlxalq konfrans keçirəcək.

Tag və ya açar söz

Yəmən، Səudiyyənin təcavüzü، Uşaqlar ، Müharibə cinayətləri، Bəşəriyyətə qarşı cinayət، Səudiyyə Ərə

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter