- Şənbə
İyun 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrailli nazir bir qrup cuhud ekstremisti ilə Əqsa məscidinə basqın etdi

2019/02/27, 04:01


İsrailli nazir bir qrup cuhud ekstremisti ilə Əqsa məscidinə basqın etdi

İsrail kənd təsərrüfatı naziri Uri Ariel başçılıq etdiyi bir qrup fanatik yəhudi İsrail polisi ilə Əqsa məscidinə basqın təşkil edib.

Həqiqət QHT (Truth NGO) - Bu barədə Qüds İslami Fondlar İdarəsindən yazılı açıqlama verilib. 
Açıqlamada Arielin bu gün səhər bir qrup fanatik yəhudi ilə Əqsaya basqın təşkil etdiyi qeyd olunub. 
Eastnews.org-un verdiyi xəbərə görə, Ariel və yanındakıların Əqsanın həyətində bir müddət gəzdikdən sonra bölgədən getdiyi bildirilib. 
Qeyd edək ki, yəhudilər qruplar halında, demək olar ki, hər gün Əqsa məscidinə girirlər. İsrailin Əqsa məscidini zaman və məkan baxımından bölməyə zəmin hazırlamaq məqsədilə yəhudiləri basqına təşviq etdiyi bildirilir. İsrail təhlükəsizlik qüvvələri ilə Əqsa məscidinin həyətinə girən yəhudilər bir müddət burada gəzdikdən sonra əs-Silsilə qapısından çıxırlar. İsrail polisi yəhudilərin Əqsaya girməsinə günortadan əvvəl və sonra olmaqla, iki ayrı vaxtda icazə verir. Yəhudiər Əqsaya girmək üçün daha çox camaatın az olduğu səhər saatlarını seçirlər. 

Tag və ya açar söz

İsrail، Fələstin، Əqsa məscidi، yəhudi ekstremizmi،İsrail işğalı،İsrailin cinayətləri،Sionizm

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter