- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Yəmənlilər Ərəbistanın cənubunda 9 ingilis hərbçisini öldürüblər

2019/02/24, 16:37


Yəmənlilər Ərəbistanın cənubunda 9 ingilis hərbçisini öldürüblər

Yəmənin Ənsarullah hərəkatı dünən gecə Ərəbistanın cənubundakı Nəcran məntəqəsində Yəmən ordusu və xalq komitələri ilə döyüşdə 9 ingilis hərbçinin öldürülməsindən xəbər verib.

Həqiqət QHT (Truth NGO) - Yəmənin Ənsarullah hərəkatı bildirib ki, bu 9 ingilis hərbçi Nəcrandakı mövqelərinə doğru irəliləmələri üçün səud hərbçilərinin əməliyyatını istiqamətləndirirmiş.
Londonda çıxan “Deyli Teleqraf” qəzeti də ötən həftə Yəməndə İngiltərənin iki hərbçisinin yaralanmasından xəbər vermişdi.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Tag və ya açar söz

Səudiyyə Ərəbistanı، Yəmən، Yəmənə təcavüz، Səudiyyə işğalı،Müharibə،Səudiyyənin cinayətləri،Britani

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter