- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səud qırıcıları Yəmənin qərbindəki bir məktəbə hücum ediblər

2019/02/23, 17:21


Səud qırıcıları Yəmənin qərbindəki bir məktəbə hücum ediblər

Təcavüzkar səud qırıcıları Yəmənin qərbindəki Həccə əyalətində yerləşən Əlsudə məktəbini bombalayıblar.

Həqiqət QHT (Truth NGO) - Səud qırıcıları bu məktəbdən əlavə, Həccə əyalətindəki digər mülki məntəqələri də bombalayıblar.
Səud təcavüzkarları həmçinin raketlə Yəmənin şimalındakı Səədə əyalətində yerləşən Razəh sərhəd məntəqəsinin bəzi kəndlərini hədəfə alıblar.
Səud təcavüzkarları və muzdurları dünən gecə Yəmənin Əlhudəydə əyalətindəki His sektorunu ağır texnika ilə hədəfə alıblar. Onlar habelə Əlhudəydə əyalətindəki "7 iyun" bölməsində yerləşən "Hil Əlittihad" məntəqəsinin yaxınlığındakı yaşayış massivlərini gülləbaran ediblər.
Yəmən ordusu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi də səud hərbçilərin Ərəbistanın cənubundakı Nəcran şəhərində yerləşən Əlhəqq və Nəhuqə bazalarını, eləcə də qonşuluqda yerləşən qərargahlarını atəşə tutubdur.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.
Səud rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.

Tag və ya açar söz

Səudiyyə Ərəbistanı، Yəmən، İnsan haqları، Səudiyyə Ərəbistanı cinayətləri،Müharibə cinayətləri،Səud

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter