- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Yəməndə 400 min uşaq ölümün cəngindədir

2019/02/23, 04:06


Yəməndə 400 min uşaq ölümün cəngindədir

Yəməndə acı böyükdür, səylər də böyük olmalıdır. Ölkədə 18 milyon insan yardıma möhtac durumdadır. Bundan başqa 400 min uşaq ölümün cəngindədir. Onlar dərhal ərzaqla təmin edilməlidir.

Həqiqət QHT (Truth NGO) - Bu barədə Qızıl Aypara Cəmiyyətinin  Türkiyə filialının rəhbəri Kərəm Kınık bəyan edib.
Təşkilatın bölgədəki  təmsilçiliyinin tam gücü ilə fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə daxili miqrantlara qida dəstəyi verilir: «Bundan başqa  Səhiyyə Nazirliyi ilə birgə iki səhra xəstəxanası, vəba epidemiyasının qarşısının alınması üçün dərmanlar və su təmini ilə əlaqədar layihələr var».
FaktXeber-in verdiyi məlumata görə, Kınık əhalinin 75 faizinin  yardıma möhtac olduğunu vurğulayıb: «Təqribən 18 milyon insanın  yardıma möhcat olduğu bir ərazidən danışırıq. Burada 3 milyona yaxın daxili qaçqın yaşama və qorunmada  ciddi sıxıntı yaşayır. Ciddi sayda yaralı var. Onların müalicə edilməsi lazımdır».

Tag və ya açar söz

Yəmən، Səudiyyənin təcavüzü، Uşaqlar، aclıq، Bəşəriyyətə qarşı cinayət، Səudiyyə Ərəbistanı،aclıq və

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter