- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Nüvə texnologiyalarının Yaxın Şərqə transferi Ağ Evin şantaj siyasətidir - Zərdüş Əlizadə

2019/02/21, 15:56


Nüvə texnologiyalarının Yaxın Şərqə transferi Ağ Evin şantaj siyasətidir - Zərdüş Əlizadə

Zərdüşt Əlizadə: “Səudiyyə cəmiyyəti elmi, texnoloji, hətta əxlaqi-mənəvi cəhətdən nüvə texnologiyaları üçün yetişməyib”

Həqiqət QHT (Truth NGO) - ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına qanunsuz nüvə texnologiyalarının transferi planı dünya gündəminin aktual, o cümlədən ciddi narahatlıq doğuran məsələsinə çevrilib.
Məlum olduğu kimi, Tramp həddən artıq həssas nüvə texnologiyalarını Səudiyyə rejiminə satmaq istəyir. Bununla bağlı ABŞ Nümayəndələr Palatası Trampa qarşı təhqiqat başladıb.
Nümayəndələr Palatası təhqiqat komitəsinin hazırladığı hesabata görə, Ağ Evin planına uyğun olaraq Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində yerləşdiriləcək ən müasir nüvə reaktorları Yaxın Şərq regionunda tarazlığı poza və nüvə silahlanmasını artıra bilər. Komitənin üzvləri vurğulayıblar ki, bir neçə reaktorun satılması gündəmdə olduğu üçün təhqiqat başladılmasına ehtiyac var. Onu da xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevralın 12-də keçirdiyi müşavirədə Səudiyyə də daxil olmaqla Yaxın Şərq ölkələrinə nüvə texnologiyaları transferi məsələlərini müzakirə edib.
 Yaxşı, bəs Ağ Evin həssas nüvə texnologiyalarını Səudiyyə Ərəbistanına, ümumiyyətlə bəzi Yaxın Şərq ölkələrinə satması planının arxasında nələr dayanır və bu plan region üçün nə deməkdir?
Mövzu ilə bağlı “İslamınSesi”nə fikirlərini bölüşən politoloq Zərdüşt Əlizadə dedi ki, bu, konkret olaraq Amerikanın İrana qarşı yönəlmiş şantaj siyasətidir: “Səudiyyə Ərəbistanının nüvə texnologiyalarını qəbul etməsi, istifadə etməsi, ona sahib olması qeyri-mümkündür. Çünki Səudiyyə Ərəbistanı elmi, texnoloji, hətta əxlaqi-mənəvi cəhətdən nüvə texnologiyaları üçün yetişməyib. Səudiyyə üçün nə yığsalar, yalnız və yalnız bədəvi ənənələri alınacaq. Odur ki, Ağ Evin bu addımı, sadəcə bir şantajdır...”
- Zərdüşt bəy, ABŞ Konqresi Səudiyyə Ərəbistanının nüvə texnologiyasını dinc məqsədlərlə deyil, silah istehsalı üçün istifadə edəcəyini ehtimal edir. Nümayəndələr Palatası isə Trampa qarşı təhqiqata başlayıb... Bu məsələdə səmimiyyət varmı?
- Amerikada hakimiyyət uğrunda savaş gedir. Bir tərəfdə Donald Tramp dayanıb, digər tərəfdə Demokratlar Partiyasının nəzarətində olan ABŞ Konqresi. İndi kim kimə üstün gələcək, bunun o qədər də əhəmiyyəti yoxdur. Çünki Birləşmiş Ştatların xarici siyasəti ikiparçalıdır. Ümumiyyətlə bu ölkənin xarici siyasətinin cizgisi, çərçivəsi, istiqaməti heç vaxt dəyişməyəcək. ABŞ imperialist və dünyaya ağalıq etmək uğrunda siyasət aparır. O baxımdan biz, mövcud ötəri hadisələrə çox soyuqqanlıqla baxmalıyıq.
- Qeyd etdiniz ki, Səudiyyə nüvə texnologiyalarını inkişaf etdirə bilməz və bunun səbəblərini açıqladınız. Amma Səud rejiminə nüvə reaktoru vermək istəyən Amerika onun inkişafı üçün plan hazırlaya, mütəxəssislər yetişdirə bilər...
 - Yox, yetişdirə bilməzlər. Əgər İrana nəzər salsaq, İslam Respublikası nüvə proqramını ölkədaxili tələb və zərurətə söykənərək, dinc məqsədlər istiqamətində inkişaf etdirir. Səudiyyədə isə bunun üçün heç bir zəmin yoxdur. Nə Səudiyyə cəmiyyəti, nə onun ziyalı təbəqəsi, nə  də texnoloji avadanlıqlar üzrə mühəndisləri həmin səviyyədə deyil. Düzdür, ABŞ orada səudiyyəli kadrlar yetişdirə bilər ki, hansısa düyməyə bassınlar və s. Lakin Səudiyyə cəmiyyətinin səviyyəsi nüvə texnologiyalarını dərk etməyə, istehsal etməyə qadir deyil.
 Əlbəttə, mən hərbi texnologiyanı nəzərdə tutmuram. Çox güman ki, Tramp da Səudiyyə Ərəbistanı üçün dinc nüvə reaktoru nəzərdə tutur. Bu da söhbətin əvvəlində dediyim kimi, İrana qarşı atılan bir addımdır.

Tag və ya açar söz

Səudiyyə Ərəbistanı، ABŞ، nüvə texnologiyası،Nüvə texnologiyaları

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter