- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsraildə yeni qalmaqal: Pedofil müəllimə, nazir müavini, korrupsiya... (18+)

2019/02/17, 16:32


İsraildə yeni qalmaqal: Pedofil müəllimə, nazir müavini, korrupsiya... (18+)

Sionist hahamlardan olan Səhiyyə nazirinin müavini pedofil cinayətkarın Avstraliyada qanun qarşısında cavab verməsinə necə əngəl olub?

 Həqiqət QHT (Truth NGO) - Dini məktəblərin birində pedofil-müəllimə tərəfindən cinsi zorakılığa məruz qalan üç bacı nazir müavinindən şikayətçidir.
Söhbət 2004-2008-ci illərdə Avstraliyada dini məktəblərin birində pedofil-müəllimə tərəfindən cinsi zorakılığa məruz qalan Desi Erlix və iki bacısından gedir.
İsrailin Səhiyyə nazirinin müavini və pedofil-müəllimə...
"İslamazeri"  xəbər verir ki, Malki Layfer adlı pedofil-müəllimə İsraildən Avstraliyaya ekstradisiya olunmasına mane olan Səhiyyə nazirinin müavini Yaakov Litsman haqqında zorakılığa məruz qalan bacılardan biri  Desi Erlix "Malki Layferin ekstradisiyasının uzanmasının İsrail hökümətinin ən yuxarılarında korrupsiya müqabilində baş verdiyini bilmək bizə əsil zərbə oldu", -deyə bildirib.
"Uzun illik ədalət gözləntimiz ağır və çətin oldu. Biz səbr edərək gözləyirdik, anlayırdıq ki, istintaq müddəti və bu faktla bağlı prosedur vaxt aparır. Ümidvarıq ki, indi olay tam anlaşılıb və ədalət mübarizə apardığımız işdə özünü göstərəcək", - deyə zərərçəkmiş bacılar deyirlər.
Səhiyyə nazirinin müavini Yaakov Litsman adı hallanan cinayət işilə bağlı Ynet müxbirinə danışmaması bir yana, hətta onların "İşlər necədir?" - sualını belə cavabsız qoyub (red: aşağıdakı videoda).
Pedofil-müəllimənin "qoruyucusu" nazir müavini haham istintaqda...
Fevralın 14-də "Lahav-433" cinayət işilə bağlı nazir müavini müstənqilərin suallarını cavablandırıb. İstintaqa görə, Səhiyyə nazirinin müavini Yaakov Litsman rüşvət alaraq pedofillikdə ittiham olunan Malki Layfer adlı müəllimənin psixoloji problemlərinin olması ilə bağlı psixoloqun yekun rəyinə təsir etməkdə ittiham olunur. Bu rəy səbəb olub ki, pedofil müəllimə Avstraliyaya ekstradisiyası dayandırılsın.
Avstraliya hüquq-mühafizə orqanları Malki Layferi 2004-2008-ci illərdə onlarla pedofillik cinayəti törətməkdə ittiham edir.
İttihamların rəsmi qaydada təqdim olunmasına bir neçə gün qalmış, Layfer məktəbdən qovulur. O isə təcili olaraq Avtraliyanı tərk edərək İsrailə qaçır.
2013-cü ildə Avstraliya Polisi pedofil-müəlliməni ekstradisiya edilməsini tələb edirlər. İsrail Prokurorluğu 2016-cı ildə bununla bağlı məhkəmədən izin istəyir, lakin tələb -  psixoloqun yekun rəyinə əsasən; Səhiyyə nazirinin müavini Yaakov Litsmanın köməyilə rədd edilir.
Gizli istintaq başladılır...
Lakin 2017-ci ildə başladılan gizli istintaq-araşdırma zamanı pedofil-müəllimənin özünü xəstəliyə vurduğunu, ekstradisiyasına mane olacaq heç bir psixoloji probleminin olmadığını qənaətinə gəlir. 2018-ci ilin mart ayında Ali Məhkəmə Malki Layfer adlı keçmiş müəllimənin Avstraliyaya ekstradisiyasına qədər polis nəzarəti haqqında qərar verir.
İttiham...
İttihama görə, Səhiyyə nazirinin müavini Yaakov Litsman pedofillikdə ittiham olunan Malki Layferin suallara cavab verməyəcək dərəcədə psixoloji xəstə olması haqqında saxta sənədin verilməsinə və Avstraliya Məhkəməsi qarşısında cavab verməməsinə nail olub. Həkimlərin dindirilməsində məlum olub ki, nazir müavini psixoloq-həkimlərin yekun rəyinə səlahiyyətlərindən istifadə edərək təsir edib.
Haham - nazir müavininin müşaviri ittihamların qondarma olduğunu bildirib.
Qeyd edək ki, İsraildə bu hallar ilk deyil. İsrail parlamenti Knessetin binasında bir neçə qadın təcavüzə məruz qalmışdı. Bundan başqa 17 yaşlı qız tanınmış haham tərəfindən zorlanmışdı. Deputatın şantajı (sinaqoqda məmurun gizli görüntüləri) və s.

Tag və ya açar söz

İsrail، Əxlaq pozğunluğu،cinsi zorakılıq

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter