- Çərşənbə
May 27, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Hakimiyyətin sosial şəbəkələr təhlükəsindən xilas olmaq təlaşları

2019/02/18, 04:12


Hakimiyyətin sosial şəbəkələr təhlükəsindən xilas olmaq təlaşları

Facebook-da təhqirlərin qarşısını almaq üçün Türkiyə variantı... "Təhqirlərin qarşısını almaq üçün sosial şəbəkələrin bazası Azərbaycana gətirilsin" - Osman Gündüz.

Həqiqət QHT (Truth NGO) - Bu gün sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün "Facebook", "YouTube" və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruridir.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə söyüş yazanlar fikirləşirlər ki, onların hesabları xaricdədir və istədiklərini yaza, qanunazidd hərəkətlər edə bilərlər:
"Ancaq sosial şəbəkələrin bazaları Azərbaycanda olsa, biz onlarla daha yaxından əməkdaşlıq edə bilərik, sosial şəbəkələrdə söyüş söyənlərə, başqalarını təhqir edənlərə qarşı daha asan mübarizə apara bilərik. Türkiyə də bu metoddan istifadə etdi və bu gün orada bu problem xeyli azalıb."
O.Gündüz bildirib ki, sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi kommersiya baxımından da ölkəmiz üçün faydalı ola bilər.
Açıq-aydın görünür ki, hakimiyyət müxaliflərin sosial hesablarına nəzarəti ələ keçirməkdən ötrü "söyüşləri" bəhanə edib sosial şəbəkələrin bazalarını ölkəyə gətirməyi planlaşdırır. Çünki vətəndaşı susdurmaqdan ötrü ən iyrənc metodlardan istifadə edən YAP iqtidarı üçün söyüş yox, haqq sözün daha təhlükəli olduğunu hamı bilir. 

Tag və ya açar söz

Azərbaycan، cəmiyyət، əmək haqqı، sosial şəbəkələr،Siyasi،Azərbaycan ،Sosial şəbəkələr

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter