- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Cavad Zərif: Biz fəxr edirik ki, Fələstinə görə təzyiqlər altındayıq

2019/02/17, 04:10


Cavad Zərif: Biz fəxr edirik ki, Fələstinə görə təzyiqlər altındayıq

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın bölgə ölkələrinə yardımına və sanksiyalar mövzusuna münasibət bildirib.

Həqiqət QHT (Truth NGO) - "Biz fəxr edirik ki, Livan, Suriya, İraqın yanındayıq. Fəxr edirik ki, Fələstinə görə bizi təzyiq altında saxlayırlar. O şəxslər ki, İsrail rejimi ilə müttəfiqdirlər onların bölgədə yeri yoxdur", - deyə Cavad Zərif qeyd edib.
 Eastnews.org-un verdiyi xəbərə görə, Polşanın paytaxtı Varşavada Yaxın Şərqdə sülh mövzusunda keçirilən konfransda İsrail rejiminin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn xarici işlər nazirlərinin qapalı iclası keçirilib. 
Görüşdə Bəhreyn xarici işlər naziri İsrailin İran müqabilində gördüyü işləri yüksək qiymətləndirib və İranı Yaxın Şərqin ən böyük problemi adlandırıb:   "Bizim üçün İran məsələsi Fələstin-İsrail məsələsindən daha əhəmiyyətlidir. Uşaqlığımızdan bəri İsrail-Fələstin münaqişəsinin ən mühüm problem olduğunu düşünürdük. Ancaq hazırkı durumda çox böyük bir problemlə qarşı-qarşıya olduğumuzu gördük. O da müasir tariximizin ən təhlükəlisi İran İslam Respublikasıdır. Beləliklə, hazırda İran təhdidi ilə mübarizə Fələstin iddiasından daha əhəmiyyətlidir". 

Tag və ya açar söz

İran، Fələstin، Cavad Zərif، Səudiyə-İsrail işbirliyi،İranın qüdrəti،İraq،Suriya

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter