- Cümə
İyun 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Yəhudilər fələstinlilərin kəndlərinə basqın etdi

2019/02/16, 04:01


Yəhudilər fələstinlilərin kəndlərinə basqın etdi

Onlarla yəhudi dünən günortadan sonra Nablus şəhərinin cənubundakı Urif və Asira kəndlərinə hücum edib.

Həqiqət QHT (Truth NGO) - Basqını zamanı Urif kənd sakinləri ilə yəhudilər arasında qarşıdurmaların yaşandığı bildirilib. 
Yerli mənbələrdən əldə edilən məlumata əsasən, İsrail qüvvələrinin himayəsində hərəkət edən onlarla yəhudi Urifdə fələstinlilərin evlərinə hücum edib. 
Eastnews-un verdiyi xəbərə görə, mənbələr yəhudilərin, kəndin şərqindəki təsərrüfat ərazilərinə getmək üçün yol açan yerqazıyan maşına da hücum etdiyini və yol işini əngəlləməyə çalışdığını söyləyib. 
Yəhudilər dünən axşam saatlarında Nablusun cənubundakı Asira əl-Kıbliyyə kəndinə də hücum edib. 
Bu barədə İordan çayının qərb sahilinin şimalındakı yəhudi məskunlaşma fəaliyyətlərini təqib üzrə məsul Qassan Dağlas açıqlama verib. 
O, yəhudilərin kənddəki evlərə hücum etdiyini və kənd sakinlərindən onlarla adamın evlərini müdafiə etmək üçün küçələrə çıxdığını deyib. 
Dağlas nəticədə fələstinlilər ilə yəhudilər arasında qarşıdurmaların yaşandığını diqqətə çatdırıb. 

Tag və ya açar söz

İsrail، Yəhudi، yəhudi ekstremizmi، Fələstin، İnsan haqları، ،İsrail işğalı،İsrailin sonu،yəhudilik

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter