- Bazar ertəsi
İyul 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İranın Tehran, Həmədan, Təbriz, Ərdəbil və digər şəhərlərinə Azərbaycandakı dindarların həbs və işgəncə olunmaları pisləndi - Fotolar

2019/02/14, 15:05


İranın Tehran, Həmədan, Təbriz, Ərdəbil və digər şəhərlərinə Azərbaycandakı dindarların həbs və işgəncə olunmaları pisləndi - Fotolar

İslam İnqilabının 40 illiyi münasibətilə bayram yürüşündə xalq dalğası: Azərbaycanda islamçıların həbs və işgəncə olunmasını pisləyirik

Həqiqət QHT (Truth NGO) - 22 Bəhmən (11 fevral 2019) möhtəşəm bayram yürüşündə İranın inqilabçı xalqı Tehrandan tutmuş Həmədan, Təbriz, Ərdəbil və digər şəhərlərə qədər hamılıqla Azərbaycan Respublikasında islamçı məhbuslara qarşı təzyiq və işgəncələrin dayandırılmasını və onların azad olunmasını tələb edib.
AranNews xəbər verir ki, 22 Bəhmən İranda başdan-başa Xəzərdən tutmuş Fars körfəzinə, şərqdən tutmuş qərbə kimi İranın müsəlman xalqı haqqın batilə qalib gəlməsinə şükür etmək üçün möhtəşəm bayram yürüşü keçirərək meydanlara çıxdılar, ötən 40 ildə olduğu kimi, əlbəttə həmişəkindən daha möhkəm İmam Xomeyni (r), İslam İnqilabı, 8 illik Müqəddəs Müdafiə və hərəm müdafiəçiləri şəhidlərinin ideyalarına təkid etdi. 
Bugünkü yürüşdə müxbir və fotoqrafların gözündən yayınmayan digər bir məsələ yürüş iştirakçıların Azərbaycan Respublikası həbsxanalarında son günlər baş verən hadisələrə xüsusi diqqət yetirmələri idi. Bu hadisələr İranın inqilabçı xalqının iti gözlərindən yayınmamışdı, əhali Tehran, Təbriz, Həmədan, Ərdəbil və digər şəhərlərdə islamçıların və İslam dinini təbliğ etdiklərinə görə bu ölkənin təhlükəsiz qüvvələri tərəfindən saxlanılaraq əsassız ittihamlarla həbs edilən və zindanda işgəncələrə məruz qalan islamçı məhbusların problemlərinə reaksiya vermişdir. Yürüş iştirakçıları əllərində Azərbaycan Respublikası islamçı məhbuslarının şəkillərini tutaraq onların azad olunmasını istədi. 
Qeyd edək ki, son günlərdə medialarda islamçı məhbuslara qarşı mənəvi və işgəncə verilməsi xəbərləri yayılmışdır.İranın inqilabçı xalqı 40 il ötməsinə baxmayaraq hələ də bədənlərində inqilabın qələbəsindən qabaqkı işgəncə və yara əlamətlərini daşıyan yaşca böyükləri unutmayıb və hər xalqdan daha artıq əsassız bəhanələrlə verilən işgəncələri dərk edir. 
Ona görə də bu gün Azərbaycan Respublikasındakı islamçı qardaşları ilə ürəkdən həmrəy olduğunu bildirir, müsəlman bir ölkədə İslam dinini müdafiə etdiyi üçün zindana məhkum olmağı İslam qanunlarına, hətta insan haqlarına zidd bilir, Mövsüm Səmədov, Tale Bağırzadə və onların digər dindar yoldaşlarının həbsdən azad olunmasını, onlara qarşı işgəncə və qeyri-insani hərəkətlərin dayandırılmasını tələb edir.
VEETHYC_KY.jpg
XR78NJBTTY.jpg
WQ7XYCWLEF.jpg
VP3W9WKCGA.jpg
UDRWV4LENJ.jpg
TF3Y9QU6HP.jpg
TBKTM4BK2-.jpg
RXJMH7SLF8.jpg
U91QV6S-J6.jpg
Q48Q_G2FS1.jpg
P95BSPBLN4.jpg
NDW4WS5GEC.jpg
HKPHNFW2RE.jpg
H2QTEXREJK.jpg
-W3VYVB986.jpg17TGN7NHUP.jpg
28QL5CM99E.jpg
92FSBFH5Y-.jpg
Q4JYHMB5QR.jpg

Tag və ya açar söz

Azərbaycan، İnsan haqları، dindarların hüquqları، həbs və işgəncə، Taleh Bağırzadə،dindarların həbsi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter