- Bazar ertəsi
Fevral 16, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İraq Hizbullahı: Müqavimət İrana uzanan təcavüzkar əlləri kəsəcək

2019/02/05, 15:00


İraq Hizbullahı: Müqavimət İrana uzanan təcavüzkar əlləri kəsəcək

İraq Hizbullahının sözçüsü ABŞ prezidentinin son sözlərinə reaksiya olaraq deyib: Tramp İraq ərazisindən İrana hücum xəyalını unutmalıdır. Çünki, İraq Müqaviməti belə bir təcavüzkarın əlini kəsəcək.

Həqiqət QHT (Truth NGO) - ABŞ prezidenti Donald Tramp dünən CNN kanalına verdiyi verdiyi müsahibədə amerikalı hərbçilərin İraqda qalmasını istədiyini deyərək, bunun İrana yaxından nəzarət etmək üçün lazım olduğunu iddia edib. 
İRNA-nın məlumatına görə, İraq Hizbullahının sözçüsü Cəfər Hüseyni bazar ertəsi günü Əl-Məyadin informasiya kanalına verdiyi müsahibədə İraq Parlamenti üzvlərinin ABŞ hərbçilərinin İraqdan çıxarılması üçün qanun layihəsi hazırlamalı olduqlarını deyərək, əlavə edib: ABŞ ordusunun yeni missiyası Trampın açıqlamasına görə, tamamilə aydındır və İraqın müqavimət qüvvələri ABŞ-ın düşmən niyyətindən agahdır. 
Cəfər Hüseyni Trampın son açıqlamasının İraqın rəsmi mövqeyinə zidd və bu ölkənin milli hakimiyyət haqqına hörmətsizlik olduğunu deyərək, əlavə edib: Amerikalı hərbçilər sərhəd məntəqələrdə hərbi əməliyyatlar həyata keçirmək haqqına və fəaliyyət azadlığına malik deyillər. 
İraq Hizbullahının sözçüsü əlavə edib: İraqın müqavimət qüvvələri Amerikalı hərbçilər ilə mübarizə səbəbinə, qüdrətinə və şəraitinə malikdirlər. Və İraqın siyasi qüvvələri də ABŞ hərbçilərinin tez bir zamanda İraqdan çıxmasını istəyirlər. 

Tag və ya açar söz

İraq Hizbullahı، İran، ABŞ،Amerika imperializmi،Amerika təcavüzü

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter