- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Livanın yeni nazirlər kabineti - Hizbullahın qələbəsi

2019/02/05, 04:01


Livanın yeni nazirlər kabineti - Hizbullahın qələbəsi

Livanda yeni nazirlər kabineti təşkil edildi, Hizbullah qələbə çaldı.

Həqiqət QHT (Truth NGO) - 8 aylıq təxirdən sonra nəhayət Livanda Səəd Həririnin başçılığı ilə yeni nazirlər kabineti təşkil edildi.
Livanda parlament seçkiləri 9 illik fasilədən sonra 2018-ci ilin mayında keçirildi. Qanuna əsasən bu seçkilər 2013-cü ildə keçirilməli idi. Amma, siyasi ixtilaflar xüsusilə, ölkənin 30 ay müddətinə prezidentsiz qalması parlament seçkilərinin 5 il təxirlə keçirilməsinə səbəb oldu.
Parlament seçkilərinin keçirilməsindən sonra da, Livan prezidenti Mişel Oun ikinci dəfə olaraq Səəd Həriridən nazirlər kabinetini təşkil etməsini istədi. Amma, bu dəfə də siyasi ixtilaflar nazirlər kabinetinin təşkil edilməsində çıxılmaz vəziyyətin yaranmasına səbəb oldu. Amma, nəhayət 9 aylıq fasilədən sonra Livanın yeni nazirlər kabineti Səəd Həririnin başçılığı ilə təşkil edildi.
Səəd Həriri - Livanın baş naziri: "Nazirlər kabineti çox təxirlə təşkil edildi. Buna görə bütün Livan xalqından xüsusilə də gənclərdən üzr istəyirəm. Söz verirəm ki, bundan sonra işlərin öz axarında olmasına səy göstərəcəm."
Livanın nazirlər kabinetinin 30 üzvü var və bir çox həssas nazirliklər Müqavimət cəbhəsinə yaxın adamların ixtiyarındadır. 4 önəmli nazirlikdən 3-ü o cümlədən Xarici İşlər, Müdafiə  və Maliyyə nazirlikləri Müqavimətə  yaxın cərəyanın ixtiyarındadır.
Livanda nazirlər kabinetinin təşkilində 9 aylıq təxirin yaranmasının səbəbi Səəd Həririnin "Əl-Müstəqbəl" cərəyanı üçün nazirlər kabinetində daha artıq pay əldə etmək istəyi olub. Bu isə digər siyasi qrupların ciddi müxalifətinə səbəb olmuşdu. Amma. sonda müstəqil şəxslər nazirlər kabinetinə daxil olaraq, Həririnin manopoliyasını yardılar.
Səəd Həriri - Livanın baş naziri: "Hazırda önəmli olan məsələ hökumətin öz vəzifəsinə və üzərinə düşən öhdəliklərə necə əməl etməsi, ahəngdar fəaliyyətə malik ola bilməsi üçün nazirlər arasında birlik və həmrəyliyin formalaşmasıdır."
Siyasi analitiklərin bildirdiklərinə görə, Livanda nazirlər kabinetinin təşkil edilməsi milli birlik hökumətinin təşkil edilməsində Hizbullahın qələbəsi mənasındadır. Bu məsələ Livan xalqının öz nümayəndələrinin seçilməsindəki iradəsindən xəbər verir.

Tag və ya açar söz

Livan، Hizbullah

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter