- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Sosial şəbəkələrdə Amerikada evsizlərin soyuqdan donma təsvirləri yayıldı

2019/02/04, 04:01


Sosial şəbəkələrdə Amerikada evsizlərin soyuqdan donma təsvirləri yayıldı

Sosial şəbəkələrdə yayılan təsvirlər Amerikada evsizlərin bu ölkənin bəzi şəhərlərinin öldürücü soyuğundakı acınacaqlı vəziyyətlərindən söz açır.

Həqiqət QHT (Truth NGO) - "Daily Mirror" qəzetinin yazdığına görə, bu şok təsvirlər göstərir ki, Amerika evsizləri altmış dərəcə selsidən aşağı soyuqlara necə dözürlər.
Sosial şəbəkələrdə yerləşdirilmiş təsvirlərdə qar ilə örtülmüş yataq kisələrində yatmış sığınacaqsız şəxslər müşahidə olunur. Miçiqan şəhərindəki göl tamamilə donub və şəhər fövqəladə vəziyyət halına düşübdür.
Amerika hidrometeorolgiya təşkilatı vətəndaşlara xəbərdarlıq edərək, xəbər veribdir ki, soyuqvurma fenomeni on dəqiqədə baş verəcəkdir.
Amerikada öldürücü soyuq dalğası gedişində iki mindən çox uçuş ləğv edilib. Çikaqo şəhərində də mənfi 25-dən mənfi 28-dək soyuqlar xəbər verilibdir.
Əldə olunan son xəbərlərə əsasən, Amerikada öldürücü soyuqlara görə, indiyədək azı 21 nəfər həyatını itirib və bu soyuqlarda daha artıq insanın tələf olacağı gözlənilir.
Bu xəbərlər elə bir halda yayılır ki, Amerika dövləti daxili və xalq problemlərini həll etmək yerinə, Venesuela kimi başqa ölkələrin daxili işlərinə qarışmağa və onların sabitlikləri və asayişlərini pozmağa çalışır.

Tag və ya açar söz

ABŞ، İnsan haqları، evsizlər،Yoxsulluq

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter