- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

O, İslam dövləti qurmaq istəsəydi həbsxana ''qoçuları'' indi qarşısında quyruq bulayardı

2019/02/04, 04:10


O, İslam dövləti qurmaq istəsəydi həbsxana ''qoçuları'' indi qarşısında quyruq bulayardı

Gərək bizi də həbs eləsinlər ondan sonra danışaq, yazaq, etiraz edək?

Həqiqət QHT (Truth NGO) - Hacı Tale Bağırzadə Qobustan həbsxanasındakı fəlakətləri ictimaiyyətə çatdırıb. Əlbəttə, ilk dəfə deyil ki, Hacı Tale və onun silahdaşlarına qarşı bu cür şərəfsizlik edirlər. Hətta məhbuslar arasında Hacının dediyinə görə ciyərləri parça-parça olan məhbus var ki, döyüb-döyüb karsa salırlar. İşin də başında rəis Avtandil Ağayev dayanır. Daha sonra Hacını təxribata çəkmək üçün Pərviz adlı bir nəfəri göndərirlər. Hacı isə məhbəsxanada qolunda qandalla yaşamağa məhkum edilib. Bu cür şərəfsizlik, alçaqlıq tolerantlığın, azadlığın, demokratiyanın, din azadlığının olduğu iddia edilən bir ölkədə baş verir. İş o həddə çatıb ki, artıq Hacı Tale Milli Şura və sosial şəbəkə istifadəçilərinə müraciət edib, susmamağa çağırıb.
Yaxşı olar ki, bu sətirləri oxuyan insanlar həbsxanada "qoçuluq" edən ermənisifət insanların adlarını ictimailəşdirsin, vəziyyət camaata duyurulsun. Bizim hakimiyyət bir tərəfdən Qarabağı düşməndən almaq, ermənini cani, qaniçən, uşaq qatili kimi dünyaya tanıtmaq istəyir, digər tərəfdən adları çəkilən həbsxana "qoçuları", əslində isə hakimiyyət maşaları vasitəsilə əsil erməni zülmünü yaşadırlar. Təbii ki, Avtandil, Pərviz kimi rəzil insanların ürəyi olsaydı həm bir insana rəhm edərdilər, həm də bu ürəklə erməni qabağına çıxardılar. Amma vicdanını, milli qeyrətini, şərəfini pula, vəzifəyə satan bu cür nadan insanlar öz vətəndaşına, xəstə insana əl qaldırmaqdan belə həya etmirlər. Xəstə insanları xəstəxanaya deyil, həbsxanaya göndərir, bir az da bədənlərinin çürüməsinə, xəstəliklərinin şiddətlənməsinə səbəb olurlar. 
Şəxsən Hacı Tale Bağırzadə dövlət çevrilişi edib İslam dövləti qurmaqda ittiham edilib və həbsə salınıb. Həbsə salınması üçün də min cür hoqqabazlıq qurulub. Buradan səslənirik; Hansı ki, elə Hacının özü dəfələrlə qeyd edib ki, İslam dövləti qurmaq, İslam məhkəmə təsis etmək mürəkkəb prosesdir. Bunun üçün isə Azərbaycanda lazımi potensiala malik ruhani alim yoxdur. Milli qeyrətini itirmiş hakimiyyət, ermənisifət cani həbsxana qoçuları bilsinlər ki, əgər Hacı Tale İslam dövləti qurmaq potensialında bir insan olsaydı, vallah və billah siz onunla həbsxanada bu cür rəftar edə bilməzdiniz. Onun bir fətvası ilə sizi küçədə tutub it balası kimi çırpardılar. Əlbəttə bu nadanlar gözəl bilirlər ki, şiə müctəhidlərinin fətvaları şah saraylarının sütunlarını dağıdıb, ingilislərin, sionistlərin bazarlarını boykot edib.
Əziz oxucular, oturub gözləməməliyik ki, biz də həbsə düşək ondan sonra gedib ordakı zülmləri gözümüzlə görüb iman gətirək. Məgər azadlıqda ikən Azərbaycandakı rüşvət zülmünün əsiri deyilikmi? Gözümüzlə hər haqqı deyənin, gül kimi təmiz, su kimi saf insanların, dəyərli ruhanilərin, vicdanlı siyasətçilərinin, şərəfli insanların həbs edilməsini görmürükmü? Gərək bizi də həbs eləsinlər ondan sonra danışaq, yazaq, etiraz edək? 
Bəli, bu gün biz öz həmvətənimizə olan zülmə etiraz etmiriksə sabah bizə zülm edəndə heç kim etiraz etməyəcək. Rəzil, erməni xislətli hakimiyyətə də bu cür vəziyyət sərf edir. O, bu cür vəziyyətdən maksimum həddə istifadə edir. Həbsxanalar zülm mərkəzi olduğu halda dünyada özlərini demokrat, insan haqları müdafiəçisi, din qayğıkeşi kimi göstərməyə çalışırlar. Allah bu zülmü götürməz. Ən azından hidayətə layiq olmayan bu cür alçaq insanların Allahdan məhvini öz dualarımızda istəyək. Allah zalımların kökünü kəssin!

Tag və ya açar söz

Azərbaycan، İnsan haqları، dindarların hüquqları، Nardaran faciəsi، Taleh Bağırzadə،Dindarların hüqu

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter