- Çərşənbə
May 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ Venesuelanı Suriyanın gününə salmaq istəyir

2019/02/03, 15:00


ABŞ Venesuelanı Suriyanın gününə salmaq istəyir

ABŞ Venesuelada Suriya ssenarisini təkrar etmək istəyir.

Həqiqət QHT (Truth NGO) - Dünyanın heç bir yeri Tramp hökumətinə hakim kəsilmiş ifratçıların müdaxilələrindən amanda deyil. İndiyə kimi bu müdaxilələr və təcavüzlərin başlıca hədəfi Asiyanın şərqi və qərbi idisə, yeni milad ilinin başlanması ilə bu müdaxilələr və təcavüzlərin istiqaməti Latın Amerikasına, Venesuelaya doğru yönəlib. Ağ Evə hakim kəsilən ifratçılar bu dəfə bəxtlərini Karakasda sınamaq və  Venesuelanın qanuni hökumətini devirmək fikrinə düşüblər. Vaşinqton Venesuelanın iqtisadi durumundan sui-istifadə etməyə çalışaraq, Suriya və Yəmən ssenarisini bu dəfə də bu ölkədə həyata keçirmək niyyətindədir. 
Con Bolton - Ağ Evin milli təhlükəsizlik müşaviri: "Xuan Quaydonun Venesuelanın prezidenti tanınması çərçivəsində bu ölkənin neft və qaz gəlirləri onun qanuni hökumətinə aid olmalıdır."
ABŞ və müttəfiqləri Venesuela hökuməti ilə müxalif olanların rəhbəri Xuxan Quaydonu Venesuelanın prezidenti kimi tanıyaraq, siyasi və maliyyə dəstəyi ilə Maudornun qanuni hökumətini devirməyə çalışırlar. Bu arada Maduro hökumətinin maliyyə resurslarını kəsmək və xalqı hökumət əleyhinə qiyama təhrik etmək üçün sanksiyalar siyasəti yenidən gündəmə gəlib. 
"Quaydo özünü prezident elan edib. O, konstitusiyanın vəkili kimi davranır və saxtakarlıqla yanaşı olan bir seçkilərə qarşı çıxır."
Amma, Ağ Evə hakim kəsilmiş militaristlərin Venesuelada qaladıqları odun tüstüsü, coğrafi baxımdan yaxın olmasına görə, ABŞ-ın gözlərini kor edəcək. Kubanın raket böhranının ABŞ üçün yenidən təkrarlanması ehtimalı da müstəsna edilmir və bu gün güclü olan Rusiyanın sabiq Sovet İttifaqı kimi geri çəkilmək və məsələnin dinc yolla həll edilməsinə icazə vermək kimi bir fikri yoxdur. 
Nikolas Maduro - Venesuela prezidenti: "Biz Şimali Amerikanın müstəmləkəsi olmaq istəmirik. Biz Latın Amerikasında güclü dövlət olmaq istəyirik."
ABŞ-ın Venesuela əleyhinə hərəkətləri yeni hadisə sayılmır. Maduro hələ bir müddət öncə Vaşinqtonun Vensuelaya qarşı siyasətləri, bu ölkəyə qarşı ticarət savaşı və hətta, onu terror etmək planı barədə xəbərdarlıq etmişdi. 
Nikolas Maduro - Venesuela prezidenti: "Tramp mənim qətlimə dair göstəriş verib. O, Kolumbiya dövləti və mafiyasına məni öldürmələri haqda göstəriş verib. Əgər, bir gün mənim başıma bir iş gələrsə, buna görə ABŞ prezidenti Donald Tramp və Kolumbiya prezidenti İvan Doko məsuliyyət daşıyacaq. Amma, mən Venesuela xalqının məni qoruyacağından əminəm."
Venesuela Prokurorluğu da müxalifət lideri Xuan Quaydonun bank hesablarının dondurulması və onun ölkədən çıxmasına qadağa qoyulması ilə razılaşıb. Amma, Venesuela böhranı üçün ən yaxşı çıxış yolu Suriya və Yəmən ssenarilərini bu ölkə xalqına açıqlamaqdır. Heç şübhəsiz Venesuela xalqı hətta, müxalifət tərəfdarları ölkələrinin Suriya və Yəmənin taleyinə düçar olmasını istəməzlər. 

Tag və ya açar söz

Venesuela، dövlət çevrilişi، ABŞ،ABŞ təcavüzü،ABŞ-ın cinayətləri

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter