İsrail rejiminin Türkiyə Respublikası vətəndaşlarının Qüdsə səfərlərinə məhdudiyyət tətbiq etdiyi bildirilib.
Həqiqət QHT (Truth NGO) - Burak Müqəddəs Məkanları Tanıtma və Mədəniyyət Dərnəyinin sədri Adəm Yenihayat 2018-ci ildə Qüdsdə baş verən hadisələrlə bağlı yazılı açıqlama verib.
Eastnews.org-un verdiyi xəbərə görə, o, verdiyi açıqlamada İsrailin Türkiyə Respublikası vətəndaşlarının Qüdsə ildə bir dəfədən çox səfər etmələrini qadağan etdiyini vurğulayıb.
Adəm Yenihayat açıqlamasında, həmçinin qərara əsasən, İsrailin 18 yaşından kiçik Türkiyə vətəndaşlarının valideynsiz şəhərə girişini qadağan etdiyini diqqətə çatdırılıb.